Ovçulara qanuni ovun qaydaları aşılanıb

© Sputnik / Musa MuradlıAğcabədi rayonunda ovçuluğun aparılması qaydaları haqqında məlumatlandırma sesiyyası keçirilib
Ağcabədi rayonunda ovçuluğun aparılması qaydaları haqqında məlumatlandırma sesiyyası keçirilib - Sputnik Azərbaycan
Abunə olmaq
İctimai Birliyinin sədri "Ovçunun məsuliyyəti: ovçuluğun aparılması qaydaları" haqqında ekoloji təbliğat kampaniyası layihəsinin də bu məqsədə xidmət etdiyini bildirib

BAKI, 20 iyul — Sputnik. Ağcabədi rayonunda dünən ovçuluğun aparılması qaydaları haqqında məlumatlandırma sessiyası keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, sesiya "Ekoloji İnformasiya" İctimai Birliyinin həyata keçirdiyi "Ovçunun məsuliyyəti: ovçuluğun aparılması qaydaları haqqında ekoloji təbliğat" kampaniyası adlı layihə çərçivəsində təşkil olunub. 

“Aztəminatlı ailələrdən olan uşaqlar üçün şəxsi inkişaf məqsədilə təlimlərin keçirilməsi”  adlı layihənin yekunları ilə bağlı mətbuat konfransı - Sputnik Azərbaycan
CƏMİYYƏT
Uşaqların şəxsi inkişafına yönəlik layihə başa çatıb

Layihə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilib.

"Ekoloji İnformasiya" İB-nin sədri, layihə rəhbəri Musa Muradov sosial-ekoloji problemlərdən danışaraq cəmiyyətin ətraf mühitə olan baxışlarının humanistləşdirilməsini vacib sayıb. Bu istiqamətdə aparılan maarifləndirmə kampaniyaları haqqında məlumat verib. Ötən il təşkilatın ceyranların təbiətə reintruksiya olunması barədə tədbirlərə dəstək olaraq layihə həyata keçirdiyini, bu vacib ekoloji nailiyyətlərin əldə olunmasında İDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyevanın özünəməxsus rolu olduğunu vurğulayıb.

© Sputnik / Musa MuradlıAğcabədi rayonunda ovçuluğun aparılması qaydaları haqqında məlumatlandırma sesiyyası keçirilib
Ağcabədi rayonunda ovçuluğun aparılması qaydaları haqqında məlumatlandırma sesiyyası keçirilib - Sputnik Azərbaycan
Ağcabədi rayonunda ovçuluğun aparılması qaydaları haqqında məlumatlandırma sesiyyası keçirilib

İctimai Birliyinin sədri M.Muradov, həmçinin "Ovçunun məsuliyyəti: ovçuluğun aparılması qaydaları" haqqında ekoloji təbliğat kampaniyası layihəsinin də bu məqsədə xidmət etdiyini bildirib.

Daha sonra layihənin eksperti Rasim Zeynalov ovçuluqla bağlı Azərbaycan Respublikasının qanunlarından, ovçuluğun aparılması qaydalarından danışaraq geniş və əhatəli məlumat verib.

© Sputnik / Musa MuradlıAğcabədi rayonunda ovçuluğun aparılması qaydaları haqqında məlumatlandırma sesiyyası keçirilib
Ağcabədi rayonunda ovçuluğun aparılması qaydaları haqqında məlumatlandırma sesiyyası keçirilib - Sputnik Azərbaycan
Ağcabədi rayonunda ovçuluğun aparılması qaydaları haqqında məlumatlandırma sesiyyası keçirilib

Ekspert Milli Park, Yasaqlıq, Qoruq ərazilərində ovçuluğun aparılmasının qəti qadağan olduğunu, ov üçün təsərrüfatların yaradıldığını və həmin ərazilərdə ovçuluğun aparılmasının məqsədəmüvafiqliyini qeyd edib. Həmçinin ovçu hüququ qazanmaq üçün prosedur qaydalar, lisenziyaların alınması, ov mövsümündə canlıların vaxta görə ovlanması barədə ətraflı məlumat verib.

Məlumatlandırma sesiyyası səmimi, diskusiya şəraitində aparılıb. İştirakçıları maraqlandıran suallara geniş və əhatəli cavablar verilib.

Xəbər lenti
0