CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan hərbçiləri Moskvaya yollandılar

© AR Ministry of Defense“Tank biatlonu” müsabiqəsində iştirak edəcək Azərbaycan hərbçiləri Moskvaya yola düşüb
“Tank biatlonu” müsabiqəsində iştirak edəcək Azərbaycan hərbçiləri Moskvaya yola düşüb - Sputnik Azərbaycan
Abunə olmaq
Müsabiqə iyulun 28-dən avqustun 11-dək keçiriləcək

BAKI, 20 iyul — Sputnik. Azərbaycan tankçıları "Beynəlxalq Ordu Oyunları — 2018" yarışları çərçivəsində keçiriləcək "Tank biatlonu" müsabiqəsində iştirak etmək üçün Moskva şəhərinə yola düşüb. Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən daxil olan məlumatda bildirilir.

Rusiyanın Alabino hərbi poliqonunda üç mərhələdə keçiriləcək "Tank biatlonu" müsabiqəsində 31 ölkədən komanda iştirak edəcək.

Müsabiqə iyulun 28-dən avqustun 11-dək keçiriləcək.

Xəbər lenti
0