Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Prezident İlham Əliyev Parisdə şirkət rəhbərləri ilə görüşüb

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev Parisdə “Iveco France” şirkətinin prezidenti ilə görüşüb
Prezident İlham Əliyev Parisdə “Iveco France” şirkətinin prezidenti ilə görüşüb - Sputnik Azərbaycan
Abunə olmaq
Prezident İlham Əliyev Azərbaycanın "Thales International" şirkəti ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirib

BAKI, 20 iyul — Sputnik. Fransada səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev Parisdə "Thales International" şirkətinin baş vitse-prezidenti Rafael Eskinazi ilə görüşüb. Sputnik Azərbaycan xəbər verir ki, görüş əsnasında Prezident İlham Əliyev "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti ilə "Thales İnternational" şirkəti arasında bu gün imzalanacaq beş sənədin əhəmiyyətini vurğulayıb. 

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev Parisdə “Thales International” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
Prezident İlham Əliyev Parisdə “Thales International” şirkətinin baş vitse-prezidenti ilə görüşüb - Sputnik Azərbaycan
Prezident İlham Əliyev Parisdə “Thales International” şirkətinin baş vitse-prezidenti ilə görüşüb

Prezident İlham Əliyev Azərbaycanın "Thales International" şirkəti ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirib, şirkətin ölkəmizdə etibar qazandığını vurğulayıb.

Rafael Eskinazi Azərbaycan ilə "Thales International" şirkəti arasında əməkdaşlığı yüksək qiymətləndirdiyini deyib, bu əlaqələrin genişləndirilməsi üçün səylərin davam etdiriləcəyini bildirib. O, əməkdaşlığın genişləndirilməsi üçün yeni istiqamətlərin nəzərdən keçirildiyini qeyd edib.

Görüşdə Azərbaycan ilə "Thales lnternational" şirkəti arasında uzun illərdir uğurlu əməkdaşlıq edildiyi məmnunluqla vurğulanıb, müxtəlif layihələrin həyata keçirilməsi ilə bağlı çox yaxşı nəticələrin əldə olunduğu bildirilib.

Dövlət başçısı daha sonra "Rothschild and Co" şirkətinin sədri Devid de Rotşild ilə bir araya gəlib. Görüşdə Azərbaycan və "Rothschild and Co" şirkəti arasında əməkdaşlıqla bağlı məsələlər müzakirə edilib, bu əməkdaşlığın bank sektorunda, özəlləşdirmə sahəsində genişləndirilməsinin zəruriliyi vurğulanıb. Devid de Rotşild babasının vaxtilə Azərbaycanda uğurlu fəaliyyət göstərdiyini, onun da bu ənənəni davam etdirmək niyyətində olduğunu bildirib.

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyevin Parisdə “Rothschild and Co” şirkətinin vitse-prezidenti ilə görüşü olub
Prezident İlham Əliyevin Parisdə “Rothschild and Co” şirkətinin vitse-prezidenti ilə görüşü olub - Sputnik Azərbaycan
Prezident İlham Əliyevin Parisdə “Rothschild and Co” şirkətinin vitse-prezidenti ilə görüşü olub

Prezident İlham Əliyev "Iveco France" şirkətinin prezidenti, "Iveco Global Bus"un rəhbəri Silvan Blez ilə də görüşüb.

Xəbər lenti
0