CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Min il sonra nə olacaq, bilirsinizmi?

CC0 / JUrban / Young coupleGənc cütlük, arxiv şəkli
Gənc cütlük, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Alimlər hesab edir ki, irqlərin sayı durmadan artacaq

BAKI, 19 iyul — Sputnik. Britaniyanın “The Sun” qəzeti gələcəkdə insanın necə olması barədə məqalə yayımlayıb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, məqalədə gələcək insanın xarici görünüşündən söz açılıb.

Mütəxəssislər hətta kompüter vasitəsilə gələcək insanın portretini də çəkiblər. Antropoloqlar 1000 ildən sonra insanın xarici görünüşünü necə gördüklərini qeyd ediblər.

Belə ki, 1000 ildən sonra belə insan tüklərdən tamamilə azad olmayacaq. Təkamül prosesində biz tüklərdən zamanla azad olsaq da, bədənin tükü daha nazik və qısa olmağa başlasa da, gələcəyin insanında da tüklər müəyyən rol oynayacaq.

Vahid irq yaranmayacaq. Bu gün insanlar dünyanın bir hissəsindən digər hissəsinə sürətlə hərəkət edir, nəticədə qarışıq nikahlar artır və dünyaya yeni uşaqlar gəlir. Alimlər hesab edir ki, bu proses irqlərin azalmasına deyil, əksinə artmasına səbəb olacaq.

Başın və beyinin ölçüsü böyüməyəcək. Təhqiqatçılar bildirir ki, insanın beyni eramızın 2 milyon ili ərzində nəzərəçarpacaq dərəcədə böyüyüb. Ancaq son 20 min ildə o, bir qədər balacalaşıb.

Alimlərin beyinin həcmi və ağılın bağlılığı sualına birmənalı cavabı yoxdur. Hazırda insanlar texnologiyadan çox istifadə etdikləri üçün öz beyinlərdən az istifadə edirlər.

Xəbər lenti
0