Sərnişinlər yanan təyyarəni içəridən çəkdilər –VİDEO

© Photo : Youtube / News24Cənubi Afrikada qəzaya düşmüş təyyarənin sərnişinlərinin çəkdiyi videodan kadr
Cənubi Afrikada qəzaya düşmüş təyyarənin sərnişinlərinin çəkdiyi videodan kadr - Sputnik Azərbaycan
Abunə olmaq
Qəza zamanı 20 nəfər müxtəlif bədən xəsarətləri alıb və iki nəfər ölüb

BAKI, 19 iyul — Sputnik. Sosial şəbəkələrdə iyulun 10-da Cənubi Afrikada qəzaya düşmüş təyyarənin sərnişinlərinin çəkdiyi video görüntülər yayılıb.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, kadrlar təyyarənin sol qanadı tərəfində oturmuş səyahətçilər tərəfindən qeydə alınıb. "Hər şey daha da pis olur" deyə sərnişin bildirir. 

Bir neçə dəqiqədən sonra ekran qaralır, sonra qəzaya uğramış təyyarənin salonun tüstülənməsi görünür.

Xatırladaq ki, iyulun 10-da Cənubi Afrikanın Pretoriya şəhərində sərnişin təyyarəsi qəzaya uğrayıb. Polisin məlumatına görə, təyyarə Uonderbum hava limanına istiqamətlənsə də, 8 kilometr qalmış qəzaya uğrayıb. Qəza zamanı 20 nəfər müxtəlif bədən xəsarətləri alıb və iki nəfər ölüb.

Xəbər lenti
0