14:07 22 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8961
Ağdam Dövlət Dram Teatrında Cəfər Cabbarlının “Aydın” tamaşası oynanılıb

Mövsümün son tamaşası “Aydın“ oldu

© Sputnik / Musa Muradlı
XƏBƏRLƏR
Qısa URL
6230

Ağdam Dövlət Dram Teatrında hərbçilər üçün ayda bir gün pulsuz tamaşa veriləcək

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 18 iyul — Sputnik. İyulun 17-də Ağdam Dövlət Dram Teatrı mövsümün son tamaşasını oynayıb. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, teatr Cəfər Cabbarlının “Aydın” tamaşası ilə pərdələrini endirib.

Son tamaşa zamanı zalı ağzınacan dolub. Maraqlıdır ki, zalda oturanların böyük hissəsi gənclər olub.

“Aydın” tamaşasında Aydın və Gültəkin rollarını Səbuhi Əsədov ilə Afərdə Sabirqızı oynayıb.

Tamaşanın afışası
© Sputnik / Musa Muradlı
Tamaşanın afışası

Ağdam Dövlət Dram Teatrının direktoru Məhəmməd Hüseynov tamaşadan sonra çıxış edərək bildirib ki, bu il yaradıcılıq baxımından Ağdam Dövlət Dram Teatrı üçün uğurlu olub: “Teatrın aktrisası Fəqumə Yusifova Prezidentin sərəncamı ilə əməkdar artist adına layiq görülüb. Əməkdar artist, prezident təqaüdçüsü Novruz Cəfərov teatra baş rejissor təyin ediləndən sonra uğurlarımız bir az da artıb. Bugünkü tamaşanın özü uğurlarımızın bariz nümunəsi sayıla bilər”.

Direktor qeyd edib ki, Ağdam Dövlət Dram Teatrında hərbçilər üçün ayda bir gün pulsuz tamaşa veriləcək.

Ağdam Dövlət Dram Teatrı müharibənin odundan, alovundan keçməklə çətin və əzablı yollar qət edib. Bütün çətinliklərə baxmayaraq, teatrın keçmiş ənənələri qorunub, saxlanılıb. Son tamaşada da yüksək performans, musiqi tərtibatı, aktyor və rejissor peşəkarlığı nümayiş etdirilib.

Teqlər:
Ağdam Dövlət Dram Teatrı, mövsüm, aktyor, tamaşa

Əsas mövzular