SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Trampdan Rusiya ilə bağlı gözlənilməz etiraf: "Ağılsızlığımız üzündən..."

© REUTERS / Leah MillisDonald Tramp
Donald Tramp - Sputnik Azərbaycan
Abunə olmaq
"Bizim Rusiya ilə əlaqələrimiz ABŞ-ın uzun illər davam edən ağılsızlıq və kütlüyü, indi isə cadugər ovu sayəsində heç vaxt belə pis olmayıb"

BAKI, 16 iyul — Sputnik. ABŞ tərəfinin "uzun illər davam edən ağılsızlığı" üzündən Rusiya və ABŞ arasında əlaqədar heç vaxt olmadığı kimi pisidir. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp öz "Twitter" səhifəsində yazıb.

"Bizim Rusiya ilə əlaqələrimiz ABŞ-ın uzun illər davam edən ağılsızlıq və kütlüyü, indi isə cadugər ovu sayəsində heç vaxt belə pis olmayıb" — deyə Tramp yazıb.

Qeyd edək ki, bu gün Finlandiyanın paytaxtı Helsinkidə Rusiya-Amerika sammiti baş tutacaq. Bu sammit çərçivəsində Vladimir Putin və Donald Tramp ilk dəfə təkbətək görüş keçirəcəklər.

Danışıqlarda Rusiya və ABŞ prezidentləri iki ölkə arasında münasibətlərin perspektivləri və aktual beynəlxalq məsələləri müzakirə edəcəklər.

Məlumata əsasən, Helsinkini görüş yeri kimi Finlandiya prezidenti Sauli Niinisto təklif edib. Bundan əvvəl mümkün görüş yeri kimi Vyana və Brüsselin adları çəkilirdi. Lakin sonda həm ABŞ, həm də Rusiya üçün çox "rahat" məkan seçilib. Tramp Finlandiya paytaxtına NATO-nun Brüsseldəki görüşündən, Putin isə futbol üzrə dünya çempionatının bağlanış mərasimindən sonra gedir.

Xatırladaq ki, dünya siyasətində genişmiqyaslı dəyişikliklərə yol açmış Mixail Qorbaçovla Corc Buş arasında ilk görüş də 1990-cı ildə də Helsinkidə baş tutub.

Xəbər lenti
0