Qubada yanğın olub

Abunə olmaq
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb

BAKI, 16 iyul — Sputnik. Quba rayonunun Qacar Zeyid kəndində ümumi sahəsi 150 m² olan qarajın yanar konstruksiyaları, içərisində qoşqu, taxta taralar, yaxınlıqdakı ümumi sahəsi 21 m² olan tövlə və ümumi sahəsi 60 m² olan talvarın yanar konstruksiyaları, altına yığılmış taxta taralar yanıb.

Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti
0