CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

“Samsung”un başı dərddə - Telefonu satılmır

© AP Photo / Richard DrewSamsung smartfonları
Samsung smartfonları - Sputnik Azərbaycan
Abunə olmaq
“Samsunq” şirkəti bu ilin ikinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 0.7 faiz daha az mənfəət əldə edib

BAKI, 15 iyul — Sputnik. Cənubi Koreyaya məxsus olan “Samsung” şirkəti mediaya açıqlama verib.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, şirkət, kifayət qədər reklam edilməsinə baxmayaraq Galaxy S9 smartfonunun gözləntiləri doğrultmadığını bildirib. Belə ki, bu smartfon nəinki digər modellərin satış rekordunu nəinki qırıb, əksinə, gözlənildiyindən qat-qat zəif satılıb.

Ekspertlər açıqlama verərək bildiriblər ki, Galaxy S9 satışa çıxarılandan bir müddət sonra bu məhsulun gözləntiləri doğrultmadığı məlum olub.

“Samsunq” şirkəti bu ilin ikinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 0.7 faiz daha az mənfəət əldə edib. Ekspertlər bunu ilk növbədə Galaxy S9 modelinin satılmaması ilə əlaqələndirirlər.

Qeyd edək ki, kompaniya ilin sonuna kimi 31 milyon Galaxy S9 satmağı planlayırmış. Amma smartfon gözləntiləri doğrultmayıb.

Mütəxəssislərin fikrincə, vəziyyəti yalnız yeni model Galaxy 10 düzəldə bilər.

Xəbər lenti
0