06:54 21 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.9459
Bakı Şəhər Halqasının Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai

Arpadarai bütün suallara cavab verdi

© Sputnik / Murad Orujov
XƏBƏRLƏR
Qısa URL
75 0 0

Azərbaycan Qran-prisinin vaxtı bu ilin dekabr ayında məlum olacaq

BAKI, 13 iyul — Sputnik. Son günlər bəzi xarici və yerli mətbuat orqanlarında 2019 Formula 1 Dünya Çempionatının ilkin yarış təqviminin bəlli olduğuna dair məlumatlar yer alıb.

Məlumatlarda iddia edilir ki, Azərbaycan Qran-prisi 2019-cu ilin aprelin 28-də keçiriləcək. Bununla bağlı, Bakı Şəhər Halqasının Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadaraiyə müraciət etdik. Arpadarai Sputnik Azərbaycan-a açıqlamasında bütün suallara aydınlıq gətirdi.

Onun sözlərinə görə, hər il bir qayda olaraq növbəti mövsümün yekun yarış cədvəli cari mövsüm başa çatdıqdan dərhal sonra – dekabrın əvvəllərində Formula 1 və Beynəlxalq Avtomobil Federasiyası tərəfindən ictimaiyyətə təqdim olunur: "Bu baxımdan bildirmək istərdik ki, əlaqədar səlahiyyətli qurumlar tərəfindən növbəti mövsümün yarış cədvəlinə dair hər hansı bir açıqlama verilənədək Bakı Şəhər Halqası Əməliyyat Şirkəti olaraq mediada yayılan məlumatları təsdiq etmirik".

"Bir daha qeyd edirik ki, 2019 Formula 1 Azərbaycan Qran Prisinin keçirilmə tarixi 2019-cu ilin rəsmi yarış təqvimi elan olunanda – bu ilin dekabr ayında məlum olacaq" – deyə N.Arpadarai açıqlama verib.

Teqlər:
açıqlama, Nigar Arpadarai, Formula 1 Azərbaycan Qran Prisi, Bakı Şəhər Halqası

Əsas mövzular