Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

FİFA qiymətini verdi: Rusiyadakı çempionat tarixdə ən yaxşı turnirdir

© Sputnik / Yevgeniya Novozhenina / Mediabanka keçidBeynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti Canni İnfantino
Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti Canni İnfantino - Sputnik Azərbaycan
Abunə olmaq
FİFA prezidenti "Rusiya xalqı və bütün Rusiyaya", həmçinin hökumət, Vladimir Putin, yerli təşkilat komitəsi, Rusiya Futbol Federasiyasına təşəkkür edib

BAKI, 13 iyul — Sputnik. Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti Canni İnfantino bəyan edib ki, Rusiyada keçirilən 2018-ci il dünya çempionatı turnirin keçirilmə tarixində ən yaxşı yarışdır. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir.

"İnanılmaz, valehedici dünya çempionatı. Turnirin lap başlanğıcından biz burda olmaqdan inanılmaz hisslər keçiririk, iki gün sonra isə bütün bunların zirvəsi olacaq. Mən deyirdim ki, DÇ-2018 tarix boyu ən yaxşı turnir olacaq. İndi mən bunu bir daha, lakin əminliklə deyə bilərəm ki, bu tarixdə ən yaxşı çempionatdır. Mən turnirin keçirilməsinə və onun hazırlığında iştirak edən hər kəsə təşəkkür etmək istəyərdim" — deyə İnfantino mətbuat katibində bildirib.

İnfantino, "Rusiya xalqı və bütün Rusiyaya", həmçinin hökumət, Vladimir Putin, yerli təşkilat komitəsi, Rusiya Futbol Federasiyasına təşəkkür edib.

Xəbər lenti
0