Dövlət Departamentindən Azərbaycanın meqa layihəsinə qətiyyətli dəstək

© AFP 2023 / Paul J. RichardsГосударственный департамент США
Государственный департамент США - Sputnik Azərbaycan
Abunə olmaq
Onun sözlərinə görə, nəzərdə tutulan layihə Avropada ümumi enerji təhlükəsizliyini və sabitliyi pozacaq, xüsusilə Ukraynaya ciddi təsir edəcək

BAKI, 13 iyul — Sputnik. ABŞ Dövlət Departamenti Avropaya qaz təchizatında Rusiyaya ciddi rəqabət yarada biləcək "Cənub Qaz Dəhlizi" layihəsini qətiyyətlə dəstəkləyir. Sputnik Azərbaycan xəbər verir ki, bunu "RİA Novosti"yə açıqlamasında ABŞ Departamentinin energetika üzrə bürosunun nümayəndəsi Vinsent Kampos deyib.

Pentaqon - Sputnik Azərbaycan
ABŞ-dan NATO üzrə müttəfiqi barədə tarixi qərar

"ABŞ "Şimal axını-2" layihəsinə qarşı çıxış edir" — deyə Kampos qeyd edib.

Onun sözlərinə görə, nəzərdə tutulan layihə Avropada ümumi enerji təhlükəsizliyini və sabitliyi pozacaq, xüsusilə Ukraynaya ciddi təsir edəcək.

"Alternativ enerji mənbələrinə gəlincə, biz enerji təhlükəsizliyinin gücləndirilməsi məqsədi ilə yanacağın növü, nəql marşrutları və təchizatçı ölkələr üzrə tədarükün şaxələndirilməsinə dəstək verməklə avropalı tərəfdaşlarımızla sıx əməkdaşlıq edirik. Məsələn, ABŞ 2019-2020-ci illərdən başlayaraq Avropaya qaz idxalını şaxələndirəcək "Cənub Qaz Dəhlizi" layihəsini qətiyyətlə dəstəkləyir" — Vinsent Kampos deyib.

Qeyd edək ki, "Şah Dəniz 2" yatağı, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) kəmərindən ibarət olan Cənubi Qaz Dəhlizinin açılışı mayın 29-u Bakıda gerçəkləşdirilib.

İyunun 12-də isə Azərbaycan qazının Türkiyəyə və buradan Avropaya nəqli üçün inşa olunan Trans Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) artıq fəaliyyətə başlayıb. Dünən baş tutan açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Ukrayna prezidenti Pyotr Poroşenko, Serbiya prezidenti Aleksandr Vuçiç və digər rəsmi şəxslər iştirak ediblər.

Южный газовый коридор - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Cənub Qaz Dəhlizi üçün 7 mlrd. dollarlıq kredit cəlb ediləcək

Xatırladaq ki, ümumi dəyəri 40 mlrd. avro təşkil edən Cənub Qaz Dəhlizinin bir hissəsi olan TANAP layihəsi Azərbaycanda hasil olunan təbii qazın Gürcüstandan keçərək Türkiyə ərazisi ilə Avropaya nəql edilməsini nəzərdə tutur. Bu, Azərbaycan, Türkiyə və Avropa üçün böyük önəm daşıyır.

TANAP layihəsi "Şahdəniz" yatağının işlənilməsinin 2-ci mərhələsinin əsas elementlərindən biridir. "Şahdəniz-2" layihəsi çərçivəsində Azərbaycandan ildə 16 mlrd. kubmetr qaz Türkiyəyə nəql olunacaq, bunun 6 mlrd. kubmetri qardaş ölkənin istifadəsinə veriləcək, 10 mlrd. kubmetrlik hissəsi isə Avropaya ixrac ediləcək.

Xəbər lenti
0