Ermənistanda yenidən ara qarışdı

© freedomhouse.orgİrəvan etiraz aksiyası
İrəvan etiraz aksiyası - Sputnik Azərbaycan
Abunə olmaq
Bu gün səhər saatlarında məşhur təşəbbüsün iştirakçıları öz təxribatçıları əməlləri və Katolikosun və din xadimlərinin ünvanına təhqiredici sözlər işlətməklə bütün ermənilərin dini mərkəzində dincliyi və dini atmosferi pozmağa cəhd ediblər

BAKI, 13 iyul — Sputnik. "Yeni Ermənistan, yeni patriarx" hərəkatının fəalları Eçmiədzin kilsəsinin qarşısında etiraz aksiyası keçiriblər. Sputnik Ermənistan xəbər verir ki, bunu kilsənin mətbuat xidmətinin rəhbəri Vaqram Melikyan öz "Facebook" səhifəsində yazıb.

Активисты заблокировали движение улицы Аргишти перед мэрией столицы (10 мая 2018). Ереван - Sputnik Azərbaycan
Ermənistanda etiraz aksiyaları gözlənilməz məcraya yönəldi - VİDEO

"Bu gün səhər saatlarında məşhur təşəbbüsün iştirakçıları öz təxribatçıları əməlləri və Katolikosla din xadimlərinin ünvanına təhqiredici sözlər işlətməklə bütün ermənilərin dini mərkəzində dincliyi və dini atmosferi pozmağa cəhd ediblər" — deyə Melikyan yazıb.

Xatırladaq ki, bir həftə əvvəl II Qareginin Ali patriarx və Bütün ermənilərin katolikosu titulundan imtina etməsini tələb edən "Yeni Ermənistan, yeni patriarx" hərəkatının fəalları Eçmiədzin kilsəsinin dəftərxana binasına zorla daxil olublar.

Qeyd edək ki, iyunun 7-də Yerevanda Bütün ermənilərin katolikosu II Qareginin iqamətgahının qarşısında etiraz yürüşü keçirilib. Etirazçılar II Qareginin Ali patriarx və Bütün ermənilərin katolikosu titulundan imtina etməsini tələb ediblər. Aksiya iştirakçıları arasında din xadimləri də olub.

II Qaregin 1999-cu ildə Ali Dini Şura tərəfindən Bütün ermənilərin katolikosu və Ali patriarx seçilib.

Xəbər lenti
0