Yenə gözlənilməz elektrik kəsintisi: Paytaxtın və bölgələrin bir hissəsində işıqlar söndü

© Sputnik / Anar MustafayevЭлектрическая розетка, фото из архива
Электрическая розетка, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Elektrik enerjisinin verilməsində yenidən problem yaşanıb

BAKI, 12 iyul — Sputnik. Ölkə ərazisində elektrik enerjisinin verilməsində yenidən problem yaşanıb. Sosial şəbəkə istifadəçilərinin yazdığına görə, Bakının Xətai, Yasamal, Nərimanov, Sabunçu, Suraxanı, Binəqədi rayonlarında, o cümlədən Sumqayıtda işıqlar sönüb. Həmçinin bəzi rayonların — Xaçmaz, Zərdab, Cəlilabad, Göyçay sakinləri də elektrik enerjisinin verilişinin dayandığını bildiriblər.

Sputnik Azərbaycan-ın əməkdaşı "Azərişıq" ASC ilə əlaqə yaradaraq yaranmış problemin səbəblərini öyrənməyə çalışıb. Qurumdan bildiriblər ki, hələlik dəqiq səbəb bilinmir, tezliklə araşdırılacaq və ətraflı məlumat veriləcək.

Жилые дома в Хатаинском районе Баку, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycan qaranlığa qərq oldu

Qeyd edək ki, iyul ayının 2-də, gecə radələrində Mingəçevir şəhərində fəaliyyət göstərən ölkənin ən böyük elektrik stansiyası olan Azərbaycan İES 6-cı enerji blokunda partlayış baş və yanğın baş vermişdi. Baş vermiş qəfil qəza nəticəsində ölkənin əksər rayonlarında elektrik enerjisinin verilişi dayanmışdı. Yanğın söndürüldükdən və partlayışın nəticələri aradan qaldırıldıqdan sonra elektirk enerjisinin verilişi təmin edilmişdi. 

Qəzanın fəsadları aradan qaldırılana qədər ölkəni qonşu dövlətlər — Gürcüstan və Rusiya elektrik enerjisi ilə təmin etmişdi. 

Ölkənin əksər hissəsində elektirk enerjisinin kəsilməsi bir sıra sahələrdə də problemlərə səbəb olmuşdu.

Bakı və Gəncə şəhərləri də daxil olmaqla, 39 şəhər və rayonunun elektrik enerjisinin kəsilməsinə səbəb olmuş qəzanın araşdırılması ilə bağlı, Prezident İlham Əliyevin göstərişi ilə Dövlət Komissiyası yaradılmışdı.

Komissiya hazırda da araşdırma aparır, ölkənin enerji sistemindəki probelmlərin aradan qaldırılması ilə bağlı bir sıra işlər həyata keçirilir. 

Xəbər lenti
0