Sabaha gözlənilən proqnoz açıqlandı

© AFP 2023 / DENIS CHARLETУличный термометр, фото из архива
Уличный термометр, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Qərb küləyi əsəcək, axşama doğru ayrı-ayrı yerlərdə arabir güclənəcək

BAKI, 11 iyul — Sputnik. İyulun 12-də hava şəraitinin yağmursuz keçəcəyi, cənub-şərq küləyinin axşam şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, Abşeron yarımadasında gecə 24-27, gündüz 33-38, Bakıda gecə 25-27, gündüz 36-38 dərəcə isti olacaq.

Уличный термометр, фото из архива - Sputnik Azərbaycan
Paytaxt və bölgələrdə gözlənilən hava proqnozu

Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 40-50 faiz təşkil edəcək.

Abşeron çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) dəniz suyunun temperaturu 27-28, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 28-29 dərəcə isti təşkil edəcək.

Çimərliklərdə əlverişli hava şəraiti müşahidə olunacaq. Mülayim cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Azərbaycanın rayonlarında da hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, axşama doğru ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 22-27, gündüz 35-40, bəzi yerlərdə 42, dağlarda gecə 17-22, gündüz 28-32 dərəcə isti olacağı gözlənilir.

Xəbər lenti
0