10:57 18 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9267
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi

Azərbaycanın xarici siyasət idarəsi üç mühüm fakta aydınlıq gətirdi

© Sputnik / Murad Orujov
XƏBƏRLƏR
Qısa URL
489 0 0

"Sammit çərçivəsində İlham Əliyev və Aİ rəsmiləri arasında da görüş keçiriləcək. Görüş zamanı Aİ və Azərbaycan arasında tərəfdaşlıq prioritetlərinə dair sazişin paraflanması gözlənilir"

BAKI, 11 iyul — Sputnik. Xəbər verdiyimiz kimi, bu gün Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev mətbuat konfransı keçirib. Sputnik Azərbaycan bildirir ki, XİN rəsmisi mətbuat konfransında bir sıra məsələlər barəsində danışıb.

Hikmət Hacıyev ölkə başçısı İlham Əliyevin Belçikaya səfəri barədə də məlumat verib. Bildirib ki, prezident İlham Əliyevin NATO sammiti çərçivəsində Belçikanın paytaxtı Brüsseldə bir sıra görüşləri nəzərdə tutulub: "Sammit çərçivəsində İlham Əliyev və Aİ rəsmiləri arasında da görüş keçiriləcək. Görüş zamanı Aİ və Azərbaycan arasında tərəfdaşlıq prioritetlərinə dair sazişin paraflanması gözlənilir".

XİN rəsmisi onu da qeyd edib ki, bu gün axşam radələrində Brüsseldə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatasakanyan arasında görüş olacaq: "Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in şəxsi nümayəndəsi də iştirak edəcəklər".

H.Hacıyev, həmçinin Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağda hərbi xidmət keçməsi ilə bağlı kütləvi informasiya vasitələrində aparılan kampaniyaya da münasibət bildirib. Qeyd edib ki, sözügedən kampaniya, artıq siyasi şouya çevrilib: "Bununla populist Paşinyan hökuməti özünün reytinqini və cəmiyyətdə nüfuzunu saxlamağa çalışır. Paşinyan hökumətinin hakimiyyətdə olmağının 100 günü yaxınlaşır. Bu 100 gün ərzində ölkənin üzləşdiyi ciddi sosial, siyasi, iqtisadi problemlərin həlli istiqamətində ciddi addımlar atılmaq əvəzinə bu qəbildən olan populist addımlarla öz reytinqini saxlamağa can atır".

"Bu, bir daha açıq şəkildə göstərir ki, Ermənistan vətəndaşlarının Azərbaycan ərazisində hərbi xidmətə göndərilməsi Ermənistanın təcavüzkar dövlət olmasının növbəti və açıq göstəricisidir. Bu kimi əməllər konstruktiv xarakter daşımır və regionda sülhün təmin olunmasına xidmət etmir" — Hacıyev vurğulayıb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Yaponiyada baş verənmiş sel fəlakəti barəsində də açıqlama verib. Qeyd edib ki, fəlakət zamanı həlak olanların arasında azərbaycanlı yoxdur: "Azərbaycanın Yaponiyadakı səfirliyi ilə əlaqə saxlamışıq. Səfirlikdən aldığımız məlumata görə, hadisə nəticəsində həlak olanlar içərisində azərbaycanlılar yoxdur. Bir daha Yaponiya hökumətinə həlak olanlarla bağlı başsağlığı veririk".

Qeyd edək ki, Yaponiyada leysan yağışların yaratdığı sürüşmə və daşqınlar nəticəsində ölənlərin sayı 179 nəfərə çatıb. Ölkədə leysan yağışlar ötən həftənin ortalarında "Prapirun" qasırğasının təsirindən yağmağa başlayıb.

Əlaqədar

Xarici İşlər Nazirliyi Gəncə hadisələrinə dair açıqlama yaydı: Bəzi xarici dairələr...
Bakıda Fransa Avropa və Xarici İşlər Nazirliyi fondunun arxiv sərgisi açılıb
XİN balaca Zəhrannın öldürülməsinin ildönümü ilə bağlı bəyanat verib
XİN: Azərbaycanda məcburi köçkünlərin sayı 1.2 milyon nəfəri keçib
XİN: Bu fəlakətdən zərər çəkənlər arasında azərbaycanlılar yoxdur
Teqlər:
Xarici İşlər Nazirliyi, Hikmət Hacıyev, Xarici İşlər Nazirliyinin mətbuat katibi, mətbuat konfransı

Əsas mövzular