14:39 26 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
128 0 0

Ərdoğan Azərbaycana səfərini başa vurduqdan sonra Bakıdan Şimal Kipr Türk Cümhuriyyətinə yola düşəcək

BAKI, 10 iyul — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfər proqramı açıqlanıb. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Ərdoğan iyulun 10-da Bakıda birgünlük səfərdə olacaq.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan
© Photo : Murat Cetinmuhurdar / Presidential Palace / Handout via REUTERS

Nəşr qeyd edib ki, Türkiyə prezidenti Bakıda Şəhidlər Xiyabanı və Türk şəhidliyini ziyarət edəcək. Azərbaycan prezidenti İlham Əliyev Zaqulbadakı iqamətgahında türkiyəli həmkarını qəbul edəcək.

Daha sonra liderlər arasında təkbətək görüş olacaq. Təkbətək görüş başa çatdıqdan sonra İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olacaq. Bu tədbirlərdən sonra prezidentlər birgə mətbuat konfransı keçirəcək.

Ərdoğan Azərbaycana səfərini başa vurduqdan sonra Bakıdan Şimal Kipr Türk Cümhuriyyətinə yola düşəcək.

Qeyd edək ki, bu, Ərdoğanın 24 iyun seçkilərindən sonra ilk xarici səfəridir.

Xatırladaq ki, Türkiyədə iyunun 24-də növbədənkənar prezident və parlament seçkiləri keçirilib. Seçkilərə Milliyyətçi Hərəkat Partiyası (MHP) və Böyük Birlik Partiyası (BBP) ilə ittifaq hallında gedən Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Rəcəb Tayyib Ərdoğan 52.5% səs toplayaraq ilk turda yenidən prezident seçilib.

Onun əsas rəqibi Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Məhərrəm İncə isə 31% səs toplaya bilib. Xalqların Demokratik Partiyasının (HDP) namizədi Səlahəddin Dəmirtaş 8,2%, keçən ilin payızında qurulan İYİ Partiyanın namizədi Meral Akşener 7,4%, Səadət Partiyasının namizədi Temel Karamollaoğlu 0,9%, Vətən Partiyasının sədri Doğu Perinçek isə 0,2% səs toplayıb.

Əlaqədar

Politoloq: “Ərdoğanın Bakı səfəri dünyaya mesajdır”
Ərdoğan Bakıya yola düşdü
Ərdoğanın andiçmə mərasimində qalmaqal – VİDEO
Ərdoğandan Azərbaycana mühüm jest
Teqlər:
İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan, Türkiyə, səfər, Azərbaycan, görüş, prezident

Əsas mövzular