01:22 28 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
72 0 0

Bu, Türkiyə prezidentinin 24 iyun seçkilərindən sonra ilk xarici səfəridir

BAKI, 10 iyul — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycana rəsmi səfərə gəlir. Sputnik Azərbaycan Türkiyə prezidentinin rəsmi saytına istinadən xəbər verir ki, Ərdoğan Bakı vaxtı ilə saat 10:00-da Esenboğa hava limanından Azərbaycana yola düşüb.

Türkiyə prezidenti səfəri zamanı azərbaycanlı həmkarı İlham Əliyevlə görüşəcək. Ərdoğan Azərbaycandan sonra 11-12 iyul tarixlərində Brüsseldə keçiriləcək NATO sammitində iştirak edəcək.

Qeyd edək ki, bu, Ərdoğanın 24 iyun seçkilərindən sonra ilk xarici səfəridir.

Xatırladaq ki, Türkiyədə iyunun 24-də növbədənkənar prezident və parlament seçkiləri keçirilib. Seçkilərə Milliyyətçi Hərəkat Partiyası (MHP) və Böyük Birlik Partiyası (BBP) ilə ittifaq hallında gedən Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Rəcəb Tayyib Ərdoğan 52.5% səs toplayaraq ilk turda yenidən prezident seçilib.

Onun əsas rəqibi Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Məhərrəm İncə isə 31% səs toplaya bilib. Xalqların Demokratik Partiyasının (HDP) namizədi Səlahəddin Dəmirtaş 8,2%, keçən ilin payızında qurulan İYİ Partiyanın namizədi Meral Akşener 7,4%, Səadət Partiyasının namizədi Temel Karamollaoğlu 0,9%, Vətən Partiyasının sədri Doğu Perinçek isə 0,2% səs toplayıb.

Parlament mandatı uğrunda aparılan seçki mübarizəsində də AKP-MHP-BBP-nin qurduğu "Cümhur İttifaqı" 53,6% səslə qalib gəlib. Müxalifət partiyalarının "Millət İttifaqı" adlı seçki bloku isə 34,1% səs toplaya bilib. 10%-lik baryeri dəf edən, heç bir blokda iştirak etməyən Xalqların Demokratik Partiyası 11.5% səs alaraq parlamentdə təmsil olunma hüququ qazanıb.

Millət vəkillərinin sayının 550-dən 600-dək artırılmasından sonra keçirilən ilk seçkidə AKP məclisdəki çoxluğunu itirərək 293 mandat qazana bilib. Ancaq seçkiyə MHP ilə ittifaq halında getdiyinə görə MHP-nin AKP ilə məclisdəki ümumi mandat sayı 339-a yüksəlib ki, bu da faktiki olaraq məclis çoxluğunun təmin edilməsi deməkdir.

Ana müxalifətdəki Cümhuriyyət Xalq Partiyasının (22.74% — 146 mandat), HDP-nin (11.7% — 67 mandat) və İYİ Partiyasının (10.07 — 45 mandat) qurduğu ittifaq isə məclisdə çoxluğu ələ keçirə bilməyib.

Əlaqədar

Rəsmi: Ərdoğan Türkiyə prezidenti seçildi
Səslərin 90 faizə yaxını sayılıb: Ərdoğan liderdir
Ərdoğan silahdaşlarına başsağlığı verdi
Ərdoğan bəyan etdi: “Türk ordusu Qəndil və Sincarda əməliyyata başlayıb”
Rəqibindən Ərdoğan barədə ilginc iddia: "Mənə yüksək vəzifə təklif etdi"
TANAP-ın açılışı olacaq, Ərdoğan şəxsən işə salacaq
Teqlər:
Azərbaycan, səfər, prezident, Türkiyə, Ərdoğan

Əsas mövzular