Həcc ziyarəti ilə bağlı dəyişikliklər edildi

© AFP 2023 / MOHAMMED AL-SHAIKHМусульманские паломники в Каабе. Архивное фото
Мусульманские паломники в Каабе. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Əvvəlki illərdən fərqli olaraq bu il iki növlü səfər xidməti yoxdur, yalnız bir növlüdür

BAKI, 9 iyul — Sputnik. Azərbaycanlı zəvvarların Həcc ziyarətinə gediş-gəliş tarixi ilə bağlı dəyişiklik edilib. Sputnik Azərbaycan xəbər verir ki, azərbaycanlı zəvvarlar ziyaratə bu il avqustun 14-ü, 15-i və 16-sında deyil, avqustun 11-i, 12-i, 13-ü, 14-ü və 15-ində yola düşəcəklər.

Həcc ziyarətinin son 3 ilə olan statistikası - Sputnik Azərbaycan
İNFOQRAFİKA
Həcc ziyarəti rəqəmlərdə

Zəvvarların sentyabrın 1-inə, 2-sinə və 3-ünə planlaşdırılmış dönüşü isə 1, 2, 3, 4 və 5 sentyabr tarixlərində baş tutacaq.

Digər dəyişiklik isə, xidmətlə bağlıdır. Belə ki, bu il əvvəlki illərdən fərqli olaraq iki növlü səfər xidməti yoxdur, yalnız bir növlüdür.

Qeyd edək ki, bu il üçün Azərbaycandan Həcc ziyarətinin xərci 4150 dollardır. Azərbaycandan bu il 1170 zəvvarın səfər edəcəyi nəzərdə tutulub. 

Yaxın Şərqdə baş verən münaqişələr səbəbindən ziyarət yalnız təyyarə reysləri ilə təşkil olunur. Həcc ziyarətinə uçuşları Azərbaycan Hava Yolları (AZAL) həyata keçirəcək.

Azərbaycanda Həcc ziyarətinin rəsmi təşkilatçısı Qafqaz Müsəlmanları İdarəsidir. 

Xəbər lenti
0