22:23 17 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9267
Rahul Guptanın toyu

Bütün dünya bu nikahdan danışır: 4 gün, 4 gecə toy etdilər - FOTOLAR

© Foto: Son Dakika
XƏBƏRLƏR
Qısa URL
74301

Toy üçün yeməkləri Hindistandan özəl olaraq mərasimə gətirilən 35 aşpaz hazırlayıb

BAKI, 8  iyul — Sputnik. Hindistanlın ən zəngin 20 ailəsindən biri olan Anıl və Micharu Guptanın oğlu Rahul Gupta evlənib. O, Sunil və Rəhmi Agarvalın qızı Harşita Aqarvalla ailə həyatı qurub. Cütlük toy üçün Türkiyənin Bodrum şəhərini seçib.

Sputnik Azərbaycan "Son Dakika"ya istinadən xəbər verir ki, nağıl kimi keçirilən toy 4 gün 4 gecə davam edir. Toya Hindistandan 250 nəfər qonağı gətirmək üçün Türk Hava Yollarından "A330" tipli "Airbus" təyyarəsi icarəyə götürülüb.

3 günlük mərasimdən sonra Rahul Gupta əvvəlcə hind ənənələrini yerinə yetirib. Daha sonra isə gəlin Harşita Aqarval yaxınları ilə birgə mərasim yerinə gəlib.

Cütlüyün ən yaxın ailə üzvlərinin iştirak etdiyi nikah mərasimi ümumilikdə 2 saat davam edib.

Toy üçün yeməkləri Hindistandan özəl olaraq mərasimə gətirilən 35 aşpaz hazırlayıb. Yeməklərdə istifadə olunan ədviyyatlar belə, Hindistanda gətirilib. Tailanddan isə 100-ə yaxın ofisiant gətirilib.

4 gün 4 gecə davam edən toyun xərclərinin 3 milyon dolları keçdiyi bildirilir.

Əsas mövzular