Bakı-Sumqayıt yolu yenə kilidləndi - Bu dəfə əks istiqamətdə

© Sputnik / Sabina AliyevaSumqayıt-Bakı yolunda tıxac
Sumqayıt-Bakı yolunda tıxac - Sputnik Azərbaycan
Abunə olmaq
Bu gün səhərdən etibarən Bakıya gələn insanlar yenidən saatlarla tıxacda qalıblar

BAKI, 6 iyul — Sputnik. Bu gün səhər saatlarından Bakı-Sumqayıt yolunda yenidən güclü tıxac yaşanmağa başlayıb. Sputnik Azərbaycan-ın əməkdaşı xəbər verir ki, bu dəfə tıxac yolun Sumqayıtdan Bakıya doğru gələn istiqamətində yaranıb.

Bakı-Sumqayıt yolu - Sputnik Azərbaycan
Bakı və Sumqayıt əhalisinin görəcəyi gün qabaqdaymış - Əzablı bir ay başladı

Buna səbəb isə Avtomobil Yolları Dövlət Agentliyinin (AYDA) Xırdalan dairəsinin altından keçən hissəsindən "Ekologiya postu"na qədər olan ərazidə yeni asfaltlama işlərinə başlamasıdır. Yolda qazıntı-söküntü işləri ötən gecə saatlarında başlayıb və bununla bağlı ictimaiyyətə hər hansı məlumat verilməyib.

Xatırladaq ki, ötən ayın sonlarından etibarən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6-11-ci km-lik hissəsində (Bakı Beynəlxalq Avtovağzalı-Xırdalan dairəsi) asfalt-beton örtüyünün intensiv hərəkət nəticəsində və təbii təsirlərdən aşınmaya məruz qalan üst qatının yenilənməsi işləri ilə aparılır. Bununla əlaqədar bir müddət Bakıdan Sumqayıta doğru asfaltlanma prosesi həyata keçirildiyi üçün həmin istiqamətdə, həmçinin şəhərin bir hissəsində nəqliyyatın hərəkəti iflic oldu.

İndi isə Sumqayıtdan Bakı istiqamətinə hərəkət məhdudlaşdırılır. Bu gün səhərdən etibarən Bakıya gələn insanlar yenidən saatlarla tıxacda qalıblar. Prosesin daha bir müddət davam etdiriləcəyi gözlənilir.

Xəbər lenti
0