CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Bakı-Sumqayıt camaatına boşuna əzab yaşadıblar" — Ağır ittiham və qəti təkzib

© Sputnik / Sabina AliyevaSumqayıt-Bakı yolunda tıxac
Sumqayıt-Bakı yolunda tıxac - Sputnik Azərbaycan
Abunə olmaq
"Hətta, yolun elə hissələri var ki, ümumiyyətlə yenidən asfaltlanmayıb"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 6 iyul — Sputnik. Bir neçə gün ard-arda aparılan təmir işləri ilə əlaqədar olaraq Bakı-Sumqayıt yolunda hərəkəti, sözün əsl mənasında, iflic edən tıxac yaşandı. Yoldan istifadə edənlər saatlarla vaxt itirsələr də, əsəbləri tarıma çəkilsə də, keyfiyyətli yol çəkiləcəyi ümidi ilə onlara yaşadılan "cəhənnəm əzabı"na dözdülər.

Bakı-Sumqayıt yolu - Sputnik Azərbaycan
Bakı və Sumqayıt əhalisinin görəcəyi gün qabaqdaymış - Əzablı bir ay başladı

Nəhayət ki, ötən gün Bakı-Sumqayıt yolunun bir hissəsində təmir işləri yekunlaşdı, yol istifadəyə verildi. Lakin sözügedən yoldan istifadə edənlərin sevinci uzun sürməyib. Sürücülər yeni təmir olunmuş yolun keyfiyyətindən narazı qalıblar.

Sputnik Azərbaycan-ın redaksiyasına müraciət edən sürücülər iddia edirlər ki, yeni salınan yolda, artıq çuxurlar yaranıb, yolun səthi hamar deyil, avtomobil sürətlə idarə edən zaman əsməyə başlayır. Narazı sürücülər bildirirlər ki, "Bu problemlər olduğu kimi qalacaqdısa, o zaman niyə yolu bağlayaraq insanlara əziyyət verirdilər?"

"Hətta, yolun elə hissələri var ki, ümumiyyətlə yenidən asfaltlanmayıb. Mən gündə iki dəfə o yoldan keçən bir cürücü kimi sizi əmin edirəm ki, həmin üzlənməmiş hissələr əvvəllər necə idisə, indi də həmin vəziyyətdədir. Görünür, asfalt çəkməyiblər, sadəcə baş qatıblar. Buna görəmi bizə günlərlə əzab çəkdirdilər" — deyə Vaqif Əliyev adlı vətəndaş bildirir.

O, iddia edir ki, Bakı-Sumqayıt yolunun təmirdən əvvəlki halı ilə indiki vəziyyət arasında nəzərəçarpacaq fərq yoxdur: "Əksinə, mən düşünürəm ki, hazırda daha dərin "qarmoşkalar" yaranıb yolda. Belə getsə, qısa zamanda yol tamamilə sıradan çıxacaq. Bundansa şəhərin bərbad halda olan və təcili təmir tələb edən yollarını asfaltlayaydılar".

Sputnik Azərbaycan əməkdaşı məsələni aydınlaşdırmaq üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli ilə əlaqə saxlayıb. Qurumun sözçüsü redaksiyamıza daxil olmuş şikayətləri əsassız adlandırıb: "Artıq hər kəs özünü yol mühəndisi hesab edir. Mən jurnalistəm, amma bir neçə ildir bu sahədə olduğum üçün bəzi məqamlardan xəbərim var. Sürücülər yol mühəndisi deyillər ki, bu yolda problemlər ola biləcəyini iddia edə bilsinlər".

Bakı-Sumqayıt yolunda tıxac - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bakı-Sumqayıt tıxacında inləmək azmış kimi əlavə cəza da kəsildi: Maaşlardan tutulsun!

"Birincisi, yolda baş verəcək problemlərdən heç kim sığortalanmayıb. Amma söhbət yeni təmirdən çıxmış yoldan gedirsə, orada hər şey qaydasındadır. Yalnız yol mütəxəssisləri yola baxandan sonra deyə bilər ki, bu yolda hər hansı bir problem var. Təbii ki, bu barədə də xüsusi laboratoriyalarda analizlər keçiriləndən sonra konkret qərar vermək olur" – AAYDA sözçüsü əlavə edib.

A.Nəcəfli qeyd edib ki, yolun aşınma qatı deyən üst qatı var: "Həmin qat 5-6 ildən bir təmir olunmalıdır. Bu qat təmir olunmasa, yolda yaranan problemlər keçir alt qata və yolun daha da dağılmasına səbəb olur. Bu zaman isə uzunmüddətli təmirə ehtiyac yaranır".

Xəbər lenti
0