Rayonlarda və paytaxtın bir hissəsində elektrik böhranı davam edir

© pixabay / GregMontaniЛампа накаливания, фото из архива
Лампа накаливания, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Sakinlərə elektrik enerjisinin nə vaxt bərpa olunacağı barədə heç bir rəsmi açıqlama verilməyib

BAKI, 3 iyul — Sputnik. Paytaxtın bir sıra qəsəbələrində elektrik enerjisinin verilişi yenidən dayandırılırıb. Respublikanın bir sıra rayonlarında isə hələ də elektrik enerjisinin verilişi bərpa olunmayıb. Sputnik Azərbaycan-a daxil olan məlumata görə, hazırda Abşeron, Şəki, Qax, Qazax, Ağstafa və Astara rayonlarında işıqlar yanmır.

Молодая пара любуется видом на вечерний Баку - Sputnik Azərbaycan
CƏMİYYƏT
Elektrik verilişi hər yerdə bərpa edilir, ölkə normal həyata qayıdır

Sakinlərin sözlərinə görə, dünən gecə elektrik enerjisi kəsilib. Səhər, təxminən yarım saatlıq enerji verilişi bərpa olunsa da, sonra təkrar kəsilib. Hələlik sakinlərə elektrik enerjisinin nə vaxt bərpa olunacağı barədə heç bir rəsmi açıqlama verilməyib.

Xatırladaq ki, ötən gecə 2018-ci il iyulun 3-də Mingəçevir şəhərində yerləşən "Azərbaycan İstilik Elektrik Stansiyası" MMC-nin yarımstansiyalarından birində cərəyan transformatorunda qəza baş verib. Rəsmi məlumata görə, bununla əlaqədar Bakı və Gəncə şəhərləri də daxil olmaqla respublikanın 39 şəhər və rayonunun elektrik enerjisi ilə təminatında fasilə yaranıb. Təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi nəticəsində bir neçə saatdan sonra elektrik enerjisi ilə təminat əsasən bərpa olunub.

Prezident İlham Əliyev baş vermiş qəza ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında sərəncam verib.

Xəbər lenti
0