Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Tramp Rusiyada çempionatın final oyununa qatılacaq?

© REUTERS / Jonathan ErnstПрезидент США Дональд Трамп
Президент США Дональд Трамп - Sputnik Azərbaycan
Abunə olmaq
Rəsmi Moskva final oyununda xarici ölkə liderlərini görməkdən məmnun olar

BAKI, 30 iyun — Sputnik. Rusiya hökuməti ABŞ Prezidenti Donald Trampı xüsusi olaraq futbol üzrə dünya çempionatının final matçına dəvət etmək niyyətində deyil.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Peskov vurğulayıb ki, rəsmi Moskva final oyununda xarici ölkə liderlərini görməkdən məmnun olar və bunun üçün xüsusi dəvətə ehtiyac yoxdur.

Xatırladaq ki, dünya çempionatında final oyunu iyulun 15-də keçiriləcək. İyulun 16-da isə Vladimir Putinlə Donald Trampın Helsinkidə görüşü planlaşdırılır.

Xəbər lenti
0