00:23 26 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
292 0 0

Nazirliyin Aparat rəhbərinin müavinləri və bəzi şöbə müdirləri vəzifələrinə yeni təyinatlar olub

BAKI, 29 iyun — Sputnik. Mədəniyyət Nazirliyinin Aparatının yeni təsdiq edilən strukturunda Aparat rəhbərinin müavinləri və şöbə müdirləri vəzifələrinə kadr təyinatları həyata keçirilib. Bu barədə Sputnik Azərbaycan-a nazirliyin mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, nazirin müvafiq əmrinə əsasən, Vasif Eyvazzadə nazirliyin Aparat rəhbərinin müavini — Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri təyin edilib.

Nazirliyin Aparat rəhbərinin müavini — Hüquq və daxili təhlil şöbəsinin müdiri vəzifəsi Namiq Qulamova həvalə olunub. Yeni yaradılan Regional siyasət şöbəsinin müdiri vəzifəsinə isə Pərviz İsgəndərli təyin edilib. Nazirliyin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsinə Rəşad Əliyev təyin olunub.

Qeyd edək ki, nazirliyin Aparatının yeni strukturunun formalaşmasında ölkəmizdə mədəniyyət siyasətinin daha məqsədyönlü və effektiv şəkildə həyata keçirilməsi, müvafiq sahələrin idarə olunmasında innovasiyaların, müasir texnologiyaların, habelə elmi nailiyyətlərin, qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqi əsas meyarlar kimi götürülüb.

Əlaqədar

Mədəniyyət Nazirliyində yeni təyinatlar olub
Mədəniyyət xadimlərinə fəxri adlar verilib - SİYAHI
Avropanın mədəniyyət beşiyində qiyam başladı
Mədəniyyət evinə Ağaxan Abdullayevin adı verildi
Mədəniyyət və Turizm Nazirliyindən regionlara müjdə
Mədəniyyət naziri xəstəxanaya aparıldı
Teqlər:
şöbə müdiri, Aparat rəhbərinin müavini, Aparat rəhbəri, Mədəniyyət Nazirliyi

Əsas mövzular