Bakı metrosunda səhər-səhər böyük həyəcan

© Sputnik / Murad OrujovBakı Metropoliteninin Nəriman Nərimanov stansiyası
Bakı Metropoliteninin Nəriman Nərimanov stansiyası - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə yerinə təcili tibbi yardım maşını çatana qədər sərnişin keçinib

BAKI, 29 iyun — Sputnik. Bu gün səhər saatlarında Bakı Metropoliteninin "20 Yanvar" stansiyasında ölüm hadisəsi baş verib. Bu barədə Sputnik Azərbaycan-a "Bakı Metropoliteni" QSC-nin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov açıqlama verib.

Onun sözlərinə görə, hadisə "20 Yanvar" stansiyasının II vestibülündə qeydə alınıb: "1968-ci il təvəllüdlü, Ağsu rayon sakini Qasımov Nazim Bulud oğlunun halı qəfildən pisləşib. Metropolitenin əməkdaşları tərəfindən xəstəyə ilkin yardım göstərilib. Hadisə yerinə təcili tibbi yardım çağırılıb".

"Nazim Qasımovun ürək-damar sistemində problemləri olub. Hadisə yerinə təcili tibbi yardım maşını çatana qədər sərnişin keçinib" — deyə B.Məmmədov bildirib.

Xəbər lenti
0