Azərbaycan Əfqanıstan - "Taliban" münaqişəsinin həllinə çalışır

© Sputnik / Murad OrujovЗаместитель министра иностранных дел Араз Азимов
Заместитель министра иностранных дел Араз Азимов - Sputnik Azərbaycan
Abunə olmaq
Araz Əzimov: "Biz bunu dost və qardaş ölkə üçün edirik"

BAKI, 28 iyun — Sputnik. "Bizim ümumi məqsədimiz Əfqanıstanda və ölkədən kənarda sülh və təhlükəsizliyə dair bir sıra məqsədlərə nail olmaqdır". Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov, Bakıda Əfqanıstan ilə "Taliban" arasında Beynəlxalq Təmas Qrupunun toplantısındakı açılış nitqində deyib.

Bakıda Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun iclası başlayıb - Sputnik Azərbaycan
Əfqanıstan hökuməti ilə "Taliban" Bakıda sülh danışıqlarına başlayır

O bildirib ki, bu çox əhəmiyyətli platformadır: "Geniş tərkibdən ibarət ölkələr qrupu Əfqanıstan — "Taliban" münaqişəsinə dair əməkdaşlıqda olduqca maraqlıdır. Biz bu işdə kömək göstərməyə və əməkdaşlıq etməyə, birgə səylərimizi daha da inkişaf etdirməyə şadıq. Biz bunu dost və qardaş ölkə üçün edirik. Bu ölkə ilə biz ümumi tarixi, ümumi mədəniyyəti bölüşürük. Ümid edirəm ki, gələcəkdə bizim millətlər daha sıx əlaqədə olacaq".

Nazir müavini bugünkü görüşün çox məhsuldar olacağına da ümid etdiyini bildirib.

Qeyd edək ki, Bakıda Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun toplantısı keçirilir. Beynəlxalq Təmas Qrupu 2009-cu ildə təsis edilib və Azərbaycan Respublikası daxil olmaqla, 60 dövlət və beynəlxalq təşkilat bu qrupda təmsil olunur.

Tədbirdə Beynəlxalq Təmas Qrupunda iştirak edən ölkələr və beynəlxalq təşkilatların, təqribən 90-a yaxın nümayəndəsi iştirak edir. Toplantıda, həmçinin Əfqanıstanın dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirak edirlər.

Xəbər lenti
0