Bakıya doğru əzablı yollarla: İzahı mümkünsüz hadisələr baş verir

© Sputnik / Sabina AliyevaSumqayıt-Bakı yolunda tıxac
Sumqayıt-Bakı yolunda tıxac - Sputnik Azərbaycan
Abunə olmaq
Tıxac yolun Xırdalan qəbiristanlığının qarşısından keçən hissəsindən başlayaraq "20 Yanvar dairəsi"nədək davam edir

BAKI, 27 iyun — Sputnik. Bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunun üzü Bakı istiqamətində böyük tıxac yaranıb. Sputnik Azərbaycan xəbər verir ki, avtomobillərin hərəkətində saatlarla davam edən sıxlıq müşahidə olunub. Tıxac yolun Xırdalan qəbiristanlığının qarşısından keçən hissəsindən başlayaraq "20 Yanvar dairəsi"nədək davam edir.

Məsələ ilə bağlı Sputnik Azərbaycan-a açıqlama verən Avtomobil Yolları Dövlət Agentliyinin (AYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin sözlərinə görə, tıxca yolda başlayan asfalt örtüyünün yenilənməsi prosesi və bundan dolayı yaradılan məhdudlaşdırma ilə bağlıdır.

Maraqlıdır ki, asfalt örtüyünün yenilənməsi və məhdudlaşdırma tədbiri yolun əks istiqamətində, yəni Bakıdan Sumqayıta doğru olan hissəsində görülür. Buna baxmayaraq, A.Nəcəfli tıxaca başqa bir hadisənin səbəb olmadığını bildirib: "Ərazidə heç bir ciddi hadisə baş verməyib. İstənilən halda, bir istiqamətdə tətbiq edilən məhdudlaşdırma digər istiqamətə də təsir edir".

Xatırladaq ki, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6-11-ci km-lik hissəsində (Bakı Beynəlxalq Avtovağzalı-Xırdalan dairəsi) asfalt-beton örtüyünün intensiv hərəkət nəticəsində və təbii təsirlərdən aşınmaya məruz qalan üst qatının yenilənməsi işləri ilə əlaqədar olaraq sözügedən istiqamət üzrə hərəkət hissə-hissə qismən məhdudlaşdırılır. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, hərəkətin hissə-hissə qismən məhdudlaşdırılması iyun ayının 26-dan 27-nə keçən gecədən etibarən tətbiq edilib.

© Sputnik / Sabina AliyevaSumqayıt-Bakı yolunda tıxac
Sumqayıt-Bakı yolunda tıxac - Sputnik Azərbaycan
1/12
Sumqayıt-Bakı yolunda tıxac
© Sputnik / Sabina AliyevaSumqayıt-Bakı yolunda tıxac
Sumqayıt-Bakı yolunda tıxac - Sputnik Azərbaycan
2/12
Sumqayıt-Bakı yolunda tıxac
© Sputnik / Sabina AliyevaSumqayıt-Bakı yolunda tıxac
Sumqayıt-Bakı yolunda tıxac - Sputnik Azərbaycan
3/12
Sumqayıt-Bakı yolunda tıxac
© Sputnik / Sabina AliyevaSumqayıt-Bakı yolunda tıxac
Sumqayıt-Bakı yolunda tıxac - Sputnik Azərbaycan
4/12
Sumqayıt-Bakı yolunda tıxac
© Sputnik / Sabina AliyevaSumqayıt-Bakı yolunda tıxac
Sumqayıt-Bakı yolunda tıxac - Sputnik Azərbaycan
5/12
Sumqayıt-Bakı yolunda tıxac
© Sputnik / Sabina AliyevaSumqayıt-Bakı yolunda tıxac
Sumqayıt-Bakı yolunda tıxac - Sputnik Azərbaycan
6/12
Sumqayıt-Bakı yolunda tıxac
© Sputnik / Sabina AliyevaSumqayıt-Bakı yolunda tıxac
Sumqayıt-Bakı yolunda tıxac - Sputnik Azərbaycan
7/12
Sumqayıt-Bakı yolunda tıxac
© Sputnik / Sabina AliyevaSumqayıt-Bakı yolunda tıxac
Sumqayıt-Bakı yolunda tıxac - Sputnik Azərbaycan
8/12
Sumqayıt-Bakı yolunda tıxac
© Sputnik / Sabina AliyevaSumqayıt-Bakı yolunda tıxac
Sumqayıt-Bakı yolunda tıxac - Sputnik Azərbaycan
9/12
Sumqayıt-Bakı yolunda tıxac
© Sputnik / Sabina AliyevaSumqayıt-Bakı yolunda tıxac
Sumqayıt-Bakı yolunda tıxac - Sputnik Azərbaycan
10/12
Sumqayıt-Bakı yolunda tıxac
© Sputnik / Sabina AliyevaSumqayıt-Bakı yolunda tıxac
Sumqayıt-Bakı yolunda tıxac - Sputnik Azərbaycan
11/12
Sumqayıt-Bakı yolunda tıxac
© Photo : Sabina AliyevaSumqayıt-Bakı yolunda tıxac
Sumqayıt-Bakı yolunda tıxac - Sputnik Azərbaycan
12/12
Sumqayıt-Bakı yolunda tıxac
1/12
Sumqayıt-Bakı yolunda tıxac
2/12
Sumqayıt-Bakı yolunda tıxac
3/12
Sumqayıt-Bakı yolunda tıxac
4/12
Sumqayıt-Bakı yolunda tıxac
5/12
Sumqayıt-Bakı yolunda tıxac
6/12
Sumqayıt-Bakı yolunda tıxac
7/12
Sumqayıt-Bakı yolunda tıxac
8/12
Sumqayıt-Bakı yolunda tıxac
9/12
Sumqayıt-Bakı yolunda tıxac
10/12
Sumqayıt-Bakı yolunda tıxac
11/12
Sumqayıt-Bakı yolunda tıxac
12/12
Sumqayıt-Bakı yolunda tıxac

Aşınma qatının yenilənməsi işlərinin birinci mərhələsi avtomobil tunelinin çıxışından (Bakı Beynəlxalq Avtovağzalı kompleksinin qarşısından) dəmir yolu körpüsünədək (Delfin otelin qarşısınadək) olan hissəsini əhatə edir. Təmir işləri sözügedən hissədə birinci mərhələdə üzrə yalnız sol 3 hərəkət zolağında aparılır, yəni sağ 3 hərəkət zolağı üzrə hərəkət dayandırılmayıb.

Bu çərçivədə iyun ayının 26-dan 27-nə keçən gecədən etibarən qısa müddətlik Moskva prospektinin 20 Yanvar körpüsünə və tunelinə giriş məhdudlaşdırılmaqla hərəkət prospektin yan yoluna, yəni 20 Yanvar dairəsi-"Şamaxinka" adlanan ərazi istiqamətinə yönəldilib.

© ©KarikaturaAlternativ yoldan istifadə
Alternativ yoldan istifadə - Sputnik Azərbaycan
Alternativ yoldan istifadə

Nəticədə sürücülər 20 Yanvar dairəsi və "Şamaxinka"-dan istifadə etməklə yenidən əsas yola çıxa bilirlər. Bundan başqa sürücülərin Biləcəri enişindən istifadə etməklə Delfin otelin qarşısından da əsas yola çıxmaq imkanları var. Bakı Dairəvi-1 avtomobil yolu ilə hərəkətdə olan sürücülər də əvvəlki qaydada maneəsiz olaraq Bakı-Sumqayıt yoluna çıxırlar.

Sürücülərdən sözügedən hissədə sıxlığın yaranmaması üçün öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan (Bakı Dairəvi-1 — Lökbatan-Hocahəsən avtomobil yolları, Binəqədi şosesi — Binəqədi-Biləcəri (4-cü qapı küçəsi), Binəqədi-Novxanı-Masazır, Bİnəqədi-Novxanı-Corat avtomobil yolları) istifadə etməkləri tövsiyyə olunur, təmir işləri aparılan ərazidə diqqətli olmaları, müvəqqəti yol nişanları və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

Xəbər lenti
0