ELM

Uçan avtomobillər erası başlayır: Rəsmi sınaqlara icazə verildi

© AFP 2023 / Fabrice COFFRINIPop.Up Next avtomobili
Pop.Up Next avtomobili - Sputnik Azərbaycan
Abunə olmaq
Çox incə və iki nəfərlik olan bu nəqliyyat xüsusilə şəhər içi istifadə üçün nəzərdə tutulub

BAKI, 24 iyun — Sputnik. Audi "uçan avtomobillərini" Almaniyada sınayacaq.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, Audi və Airbus şirkətlərinin ortaq şəkildə istehsal edəcəyi uçan avtomobillərin Almaniya yoxlanılması üçün hökumətdən icazə alınıb.

Cenevrə Avtomobil Sərgisində ilk dəfə nümayiş etdirilən avtomobil Pop.Up Next adını daşıyır. Çox incə və iki nəfərlik olan bu nəqliyyat xüsusilə şəhər içi istifadə üçün nəzərdə tutulub.

Almaniya nəqliyyat naziri Andreas Şeuer mövzu ilə bağlı danışarkən bildirib ki, uçan taksilərə bu gün böyük ehtiyac var: "Buna görə, artıq nəqliyyatda yeni dövrə keçirik. Uzun müddətdir ki, bu sahədə araşdırma və inkişaf fəaliyyəti ilə məşğul idik və bu artıq öz meyvəsini verməyə başlayıb".

Xatırladaq ki, uçan avtomobil istehsalı istiqamətində təkcə Audi deyil, digər alman şirkəti olan Daimler də çalışır.

Bununla yanaşı Geely şirkəti də bu tərzdə araşdırma aparır.

Xəbər lenti
0