CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Vətəndaşlara şad xəbər

© Sputnik / Murad OrujovОдин из центров ASAN Xidmət в Баку
Один из центров ASAN Xidmət в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
"E-Manat" terminalları "ASAN Ödəniş" dövlət informasiya sisteminə qoşuldu

BAKI, 22 iyun — Sputnik. Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2014-cü il tarixli 110 nömrəli Fərmanına əsasən yaradılmış "ASAN Ödəniş" sistemi vətəndaş əlçatanlığının təmin edilməsi istiqamətində daha bir yenilik təqdim edir.

Один из центров ASAN Xidmət в Баку - Sputnik Azərbaycan
“ASAN xidmət”dən rekord göstərici

"ASAN Xidmət"in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, vətəndaşlar və hüquqi şəxslər özlərinin inzibati cərimə ödənişlərini artıq "ASAN Ödəniş" sisteminə uğurla inteqrasiya edilmiş "e-Manat" ödəmə terminalları vasitəsilə də həyata keçirə bilərlər.

Yaxın zamanda isə digər növ dövlət ödənişlərini də "ASAN Ödəniş" sisteminə qoşulmuş istənilən ödəniş terminalları və portalları, bank, poçt və digər yığım təşkilatları, həmçinin "e-Manat" ödəniş terminalları vasitəsilə həyata keçirə biləcəklər.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən "ASAN Ödəniş" sisteminin imkanlarından istifadə etməklə nağdsız ödənişlərin inkişafına dəstəyin göstərilməsi eləcə də, bütün növ dövlət xidmətləri üzrə ödənişlərin qəbulu imkanlarının yaradılması istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcək.

Qeyd edək ki, hazırda 30 mərkəzi icra hakimiyyəti, 79 yerli icra hakimiyyəti və 5 publik hüquqi şəxs olmaqla 114 dövlət qurumunun inzibati cərimələrinin ödənilməsi "ASAN ödəniş" sisteminin asanpay.az ödəmə portalı və terminalları eləcə də, hesab.az, e-pul.az, portmanat.az portalları, "e-Manat" ödəmə terminalları vasitəsi ilə təmin edilir.

Xəbər lenti
0