15:30 16 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8825
Tələbələr auditoriyada, arxiv şəkli

Dünən Bakıda yaşanan həyəcan iyulun 3-də rayonlarda davam edəcək

© Photo: REPORT
XƏBƏRLƏR
Qısa URL
1112 0 0

Buraxılış imtahanında iştirak edəcək şagirdlər özlərinin imtahana buraxılış vərəqəsini çap edə bilərlər

BAKI, 22 iyun — Sputnik. İyulun 3-də Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Mingəçevir, Balakən, Zaqatala, Qax, Yardımlı, Cəlilabad, Masallı, Lerik, Göyçay, Ağdaş, Ucar, İsmayıllı, Qobustan, Ağcabədi, Xocavənd, Füzuli, Beyləqan, Salyan, Neftçala, Hacıqabul, Qusar, Quba, Siyəzən və Xızı rayonunun ümumtəhsil müəssisələrinin məzunları üçün ümumi və tam orta təhsil səviyyəsi üzrə (9-cu və 11-ci sinif) buraxılış imtahanı keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən (DİM) Sputnik Azərbaycan-a verilən məlumatda qeyd olunur ki, buraxılış imtahanında iştirak edəcək şagirdlər http://eservices.dim.gov.az/sagirdBV/ linkindən istifadə etməklə özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər.

Çap üçün kompüterə Adobe Reader proqramı quraşdırılmalıdır və brauzerin "Pop-up blocked" sahəsindən qeyd işarəsi götürülməlidir. Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlərə buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləmək olar.

Əlaqədar

Dövlət İmtahan Mərkəzi tender elan edir
Azərbaycanın gələcək zabitləri imtahan qarşısında
İmtahan vaxtı çatdı
Lənkəranda abituriyentlər 4 binada imtahan verdilər — FOTO
Abituriyentlərin sınaq günü: I və IV qruplar üçün imtahan keçirilir
Dövlət İmtahan Mərkəzi müraciət yayıb
Onuncu sinif şagirdlərinin nəzərinə: İmtahan nəticələri...
Bu gün Dövlət İmtahan Mərkəzi sınaq imtahanları keçirir
Teqlər:
buraxılış imtahanı, ümumtəhsil müəssisələri, Dövlət İmtahan Mərkəzi, rayonlar, imtahan

Əsas mövzular