Cənub bölgəsində faciə: Hər kəs onların harayına yetişsə də, nəticəsi olmadı

CC0 / anneileino / SummerGöldə batan adam, arxiv şəkli
Göldə batan adam, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
27 yaşlı Ramin Həbullayev ailə üzvləri ilə birlikdə istirahət edərkən ehtiyyatsızlıqdan çaya yıxılaraq boğulub

BAKI, 20 iyun — Sputnik. Lənkəran-Lerik yolunun, təxminən 25-ci kilometrliyində — "Şəlalə" deyilən ərazidə bir nəfər çayda boğulub. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, Ramin Həbullayev adlı şəxs ailəsi ilə birlikdə dincəlmək üçün sözügedən əraziyə düşüb.

© Sputnik / Rahim MuradovLənkəran-Lerik yolunun təxminən 25-ci kilometrliyində Şəlalə deyilən ərazi
Lənkəran-Lerik yolunun təxminən 25-ci kilometrliyində Şəlalə deyilən ərazi - Sputnik Azərbaycan
1/3
Lənkəran-Lerik yolunun təxminən 25-ci kilometrliyində Şəlalə deyilən ərazi

2/3

3/3

27 yaşlı gənc suya girib çimmək istəyərkən qəfildən boğulub. Ailə üzvlərinin harayına yoldan keçən şəxslər çatsalar da, Ramini xilas etmək mümkün olmayıb. 

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) də məlumat yayıb. Bildirilir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Lerik rayonunun Piran kəndi ərazisində süni göldə 1 nəfərin batdığı ehtimal olunur.

FHN-in Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Nəticədə 1992-ci il təvəllüdlü Lerik rayon sakini Ramin Həbullayevin cəsədi FHN əməkdaşları tərəfindən sudan çıxarılıb.

Xəbər lenti
0