CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İstanbul "Şərq Fatehi"nin qızı ilə vidalaşdı

© Photo : AZƏRTACİstanbulda Kazım Qarabəkir Paşanın qızının dəfn mərasimi keçirilib
İstanbulda Kazım Qarabəkir Paşanın qızının dəfn mərasimi keçirilib - Sputnik Azərbaycan
Abunə olmaq
Kazım Qarabəkir Paşanın qızı İstanbulda dəfn edilib

BAKI, 18 iyun — Sputnik. İyunun 18-də İstanbul şəhərində Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün ən yaxın silahdaşlarından olan Kazım Qarabəkir Paşanın qızı Həyat Qarabəkir Feyzioğlunun dəfn mərasimi keçirilib.

Sputnik Azərbaycan AZƏRTAC-a istinadla xəbər verir ki, dəfn mərasimində Azərbaycanın İstanbuldakı baş konsulluğunun əməkdaşları, QHT və KİV təmsilçiləri, qardaş ölkədə yaşayan və işləyən azərbaycanlılar, mərhumun doğmaları və yaxınları iştirak ediblər.

Mərhum Karacaahmet məzarlığında dəfn olunub.

Qeyd edək ki, cəsur sərkərdə və dövlət xadimi Kazım Qarabəkir Paşa Birinci Dünya müharibəsi dövründə Şərqi Anadolunu və Naxçıvanı rus və erməni işğalından xilas edib və bu xidmətinə görə "Şərq Fatehi" adını qazanıb. Tarixi xidmətlərinə görə, Kazım Qarabəkir Paşa Azərbaycanda, eləcə də Naxçıvanda bir qəhrəman kimi xatırlanır.

Xəbər lenti
0