Bakı səmasına hərbi təyyarə və helikopterlər qaldırıldı

Abunə olmaq
Hərbi təyyarə və helikopterlər Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi ilə bağlı keçiriləcək parada hazırlaşır

BAKI, 15 iyun — Sputnik. Azərbaycan Ordusunun paradına hazırlıq çərçivəsində növbəti məşqlər keçirilir. Sputnik Azərbaycan xəbər verir ki, bu gün səhərdən hərbi təyyarə və helikopterlər Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi ilə bağlı keçiriləcək tədbirlərə hazırlıq çərçivəsində Bakı şəhəri üzərində növbəti uçuşlar keçirir.

Hərbi helikopterlər Azərbaycan bayrağı və üzərində ümummilli lider Heydər Əliyevin portreti olan bayraq daşıyıb. Helikopterlər keçiriləcəyi "Azadlıq" meydanı üzərindən keçib.

Qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan Ordusunun 100 iliyi münasibətilə iyunun 26-da Bakının "Azadlıq" meydanında hərbi parad keçiriləcək.

Xəbər lenti
0