Metropolitenə yeni şöbə rəisi təyin olundu

© Sputnik / Murad OrujovЭмблема Бакинского метрополитена на стене станции Мемар Аджеми-2
Эмблема Бакинского метрополитена на стене станции Мемар Аджеми-2 - Sputnik Azərbaycan
Abunə olmaq
"Bakı Metropoliteninin" mətbuat xidməti vəzifəsini Bəxtiyar Məmmədov icra edəcək

BAKI, 14 iyun — Sputnik. "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinə yeni təyinat olub. Sputnik Azərbaycan xəbər verir ki, bu gündən etibarən "Bakı Metropoliteninin" mətbuat xidməti vəzifəsini Bəxtiyar Məmmədov icra edəcək.

Qeyd edək ki, Bəxtiyar Məmmədov "Bakı Metropoliten"ində "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsində rəis köməkçisi işini icra edib. 2010-2016-cı illərdə "Metro" qezetinin redaktor muavini olub. 2016-ci ilin dekabr ayından isə şöbə rəisinin müavini vəzifəsində çalışıb.

Xəbər lenti
0