17:11 22 İyun 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9745
ABŞ dolları

Bu gün dolların məzənnəsinə təsir edəcək qərar gözlənilir

CC0 / JESHOOTS / dollar
XƏBƏRLƏR
Qısa URL
40810

FED sədri ilin sonuna kimi əlavə faiz artımına gedə biləcəyi ilə bağlı hər hansı bir fikir bildirərsə...

BAKI, 13 iyun — Sputnik. Bu gün Bakı vaxtı ilə saat 22:00-da açıqlanacaq Amerika Mərkəzi Bankının (FED) faiz qərarı və saat 22:30-da baş tutacaq mətbuat konfransı dünya valyuta birjalarında güclü dalğalanmalara səbəb ola bilər.

Sputnik Azərbaycan Marja-ya istinadən xəbər verir ki, FED ildə 8 dəfə uçot faizlərini müzakirə edir. Bu qərar investorlar tərəfindən diqqətlə izlənilir və beynəlxalq maliyyə bazarlarında güclü dalğalanmalara səbəb olur.

FED-in faiz qərarında adətən aşağıdakı ssenarilərdən biri baş verir:

a) Faiz qərarından öncə maliyyə bazarlarında faiz dəyişikliyi artıq proqnozlaşdırılıb;

b) Faiz qərarına kimi faizlərin dəyişməyəcəyi proqnozlaşdırılır;

c) Faiz qərarına kimi gözləntilər qeyri-müəyyəndir və sürpriz qərar açıqlanır.

Məzənnənin dəyişməsini gəlirə çevirin

Birinci və ikinci ssenarilər maliyyə aktivlərinin ticarəti zamanı artıq əvvəlcədən nəzərə alınır və investorlar gələcək gözləntilərə fokuslanır. Məhz bu zaman yarım saat sonra baş tutan mətbuat konfransında gələcək gözləntilərə dair verilən açıqlamalar daha çox investorların diqqət mərkəzində olur. Sonuncu ssenaridə isə açıqlanan qərardan asılı olaraq, dalğalanma daha yüksək olur.

Nə gözlənilir?

İlk öncə qeyd etmək lazımdır ki, cari ilin yanvar-fevral aylarından maliyyə bazarlarında FED-in iyun ayında 2%-ə kimi faiz artımına gedə biləcəyi proqnozları çox yüksək idi. Bu səbəbdən dolların aparıcı valyutalara nisbətən orta qiyməti bu günə kimi 8%-ə kimi dəyər qazanıb.

ABŞ-ın yeni xarici ticarət siyasəti isə ölkədə inflyasiyanın daha da arta biləcəyinə işarədir ki, bu, FED-in ilin sonuna kimi əlavə faiz artımına gedə biləcəyini proqnozlaşdırmağa əsas verir. Lakin bunu investorlar FED sədri Jerom Povelin dilindən eşitmək istəyəcəklər.

Valyuta bazarına təsiri

FED sədri mətbuat konfransında ilin sonuna kimi əlavə faiz artımına gedə biləcəyi ilə bağlı hər hansı bir fikir bildirərsə, bu, dolların aparıcı valyutalara nisbətən məzənnələrinin əlavə olaraq 2%-ə kimi bahalaşmasına təsir edə bilər. Bu, eyni zamanda FED-in ABŞ-da inflyasiya artımının nə qədər dayanıqlı qiymətləndirməsindən asılı olacaq.

Əlaqədar

Bu günə olan rəsmi məzənnə açıqlandı
Bu günə olan rəzmi məzənnə açıqlandı
Bu günə olan məzənnə açıqlandı
Yeni rəsmi məzənnə açıqlandı
Bu günə olan məzənnə açıqlandı
Manat günə yeni məzənnə ilə başladı
Yeni rəsmi məzənnə açıqlandı
Teqlər:
proqnoz, investor, FED, Amerika Mərkəzi Bankı, dollar, məzənnə

Əsas mövzular