DİN Bakıda törədilən cinayət barədə məlumat yaydı

© Sputnik / Anar MustafayevDaxili işlər nazirliyi
Daxili işlər nazirliyi - Sputnik Azərbaycan
Abunə olmaq
Avtomobildən 1 ədəd kustar üsulla hazırlanmış tüfəng, 1 ədəd kustar üsulla hazırlanmış sandıq və 8 ədəd patron aşkar edilərək götürülüb

BAKI, 12 iyun — Sputnik. İyunun 11-də Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinə müraciət edən Binə qəsəbə sakini Paşa Baxşəliyev saat 11.00 radələrində Buzovna qəsəbəsi ərazisindən "VAZ-2106" markalı avtomobilinin qaçırıldığını bildirib. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, keçirilən əməliyyat-axtarış tədbirləri ilə avtomobili qaçırmaqda şübhəli bilinən şəxs həmin nəqliyyat vasitəsilə birgə polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun qəsəbə sakini, əvvəllər məhkum olunmuş Samir Quliyev olduğu məlum olub.

Əməliyyat-axtarış tədbirləri ilə avtomobildən 1 ədəd kustar üsulla hazırlanmış tüfəng, 1 ədəd kustar üsulla hazırlanmış sandıq və 8 ədəd patron aşkar edilərək götürülüb. Faktla bağlı Xəzər RPİ-də araşdırma aparılır.

Xəbər lenti
0