02:17 22 Avqust 2018
Canlı yayım
  • RUB0.0254
  • USD1.7000
  • EUR1.9602
Raket bölmələri praktiki atışlar keçirib

Azərbaycan ordusunun raket bölmələri praktiki atışlar keçirib - VİDEO

© Foto: AR Müdafiə Nazirliyinin mətbuat xidməti
XƏBƏRLƏR
Qısa URL
218 0 0

Atışlar döyüş şəraitinə maksimal yaxın vəziyyətdə gündüz və gecə vaxtlarında icra olunub

BAKI, 12 iyun — Sputnik. Müdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlığı planına uyğun olaraq raket bölmələri müasir tank əleyhinə idarə olunan raketlərin tətbiqi ilə praktiki atışlar keçirib. Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, atışlar döyüş şəraitinə maksimal yaxın vəziyyətdə gündüz və gecə vaxtlarında icra olunub.

Müasir və perspektivdə istehsal olunan tanklar, piyadaların döyüş maşınları (PDM) və digər zirehli texnika, eləcə də mühəndis qurğuları, uzunmüddətli atəş nöqtələri, aşağı hündürlükdə uçan hava hədəfləri, örtüdə və açıq ərazidə yerləşən canlı qüvvənin məhvetmə qabiliyyətinə malik olan komplekslər sutkanın istənilən vaxtında, aktiv və passiv maneələrin istifadəsi şəraitində tətbiq edilə bilər. Komandanlıq təlimlərdə iştirak edən şəxsi heyətin döyüş hazırlığını yüksək qiymətləndirib.

 

Əlaqədar

Prezident Müdafiə Nazirliyi ilə bağlı fərman imzaladı
Müdafiə Nazirliyi tək oğlan övladının cəbhəyə göndərilməsinə münasibət bildirdi
Müdafiə Nazirliyi hərbçilərin ölüm xəbərinə aydınlıq gətirdi
Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı bəyanat verdi: "Qoşunların təmas xəttində..."
Müdafiə Nazirliyi sorğuya cavab verdi
Teqlər:
raket bölmələri, praktiki atışlar, döyüş atışları, Müdafiə Nazirliyi

Əsas mövzular