Yanğın sahibkara böyük zərər vurdu

© Sputnik / Irade JELILNəriman Nərimanov heykəlinin yaxınlığında yanğın
Nəriman Nərimanov heykəlinin yaxınlığında yanğın - Sputnik Azərbaycan
Abunə olmaq
Yevlaxda 2.5 ha biçilməmiş taxıl sahəsi yanıb

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 8 iyun — Sputnik. Yevlax rayonu Qoyunbinəsi kəndində biçilməmiş taxıl sahəsi yanıb. Spuntik Azərbaycan xəbər verir ki, yanğın kənd sakini Sahib Qarayevə məxsus təsərrüfatda baş verib.

Yanğın tez bir zamanda genişləndiyindən əraziyə yanğınsöndürənlər çağırılıb. Yanğının qarşısını almaq mümkün olub. Sahibkara məxsus 7 ha taxıl sahəsindən 2.5 ha biçilməmiş taxıl sahəsi və ətrafında 1 ha kol-kos ərazi yanıb. Taxıl sahəsinin qalan hissəsi və yaxınlıqda yerləşən meşə zolağı yanğından mühafizə olunub.

Təsərrüfat sahibi Sahib Qarayev Sputnik Azərbaycan-ın bölgə müxbirinə bildirdiyinə görə, taxıl sahəsinin yaxınlığından İncə çayı keçir və meşəlik ərazi yerləşir. Çox güman ki, yanğına orda qalanan ocaq səbəb olub.

Yanğının baş vermə səbəbləri araşdırılır.

Xəbər lenti
0