“ASAN xidmət”dən rekord göstərici

© Sputnik / Murad OrujovОдин из центров ASAN Xidmət в Баку
Один из центров ASAN Xidmət в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
22 milyonuncu müraciətin sahibi kimi Nigar Balakişiyeva təşəkkürnamə və simvolik hədiyyələrlə mükafatlandırılıb

BAKI, 8 iyun — Sputnik. 8 iyun 2018-ci il tarixində “ASAN xidmət”ə 22 milyonuncu vətəndaş müraciəti qeydə alınıb. “ASAN xidmət”in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bu müraciətin sahibi Bakı şəhər sakini Nigar Balakişiyeva olub.

ASAN Xidmət - Sputnik Azərbaycan
CƏMİYYƏT
"ASAN xidmət"dən daha bir xidmət

O, 9-108 sifarişli Səyyar ASAN xidmətə müraciət edərək Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilən şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi xidmətindən yararlanıb.

22 milyonuncu müraciətin sahibi kimi Nigar Balakişiyeva təşəkkürnamə və simvolik hədiyyələrlə mükafatlandırılıb.

Qeyd edək ki, sosial həmrəyliyin təmin edilməsi məqsədi ilə səyyar xidmətlər kənardan qulluğa və yardıma ehtiyacı olan 1-ci qrup əlillər  və sağlamlıq imkanları məhdud uşaqlar  üçün əlavə səyyar xidmət haqqı ödənilmədən həyata keçirilir.

Xidmətin sifarişi 9-108 nömrəli “Çağrı” mərkəzinə zəng etməklə və ya HYPERLINK "http://www.asan.gov.az" www.asan.gov.az saytı vasitəsi ilə mümkündür.

Xəbər lenti
0