17:49 24 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
XƏBƏRLƏR
Qısa URL
385 0 0

Müxtəlif bədən xəsarətləri almış yaralılar xəstəxanaya yerləşdirilib

BAKI, 8 iyun — Sputnik. Şəki-Bakı marşrutu ilə sərnişin daşıyan mikroavtobus Şamaxı rayonu ərazisində qəzaya uğrayıb, yaralılar var. Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Mirikənd ərazisində baş verib.

Şəkidən Bakıya sərnişin aparan "Ford" markalı mikroavtobus idarəetməni itirərək öncə "Mercedes" markalı avtomobilə çırpılıb, daha sonra yoldan çıxaraq aşıb. Qəza nəticəsində 13 nəfər yaralanıb. Müxtəlif bədən xəsarətləri almış yaralılar xəstəxanaya yerləşdirilib.

Qəza zamanı xəsarət alanların, artıq adları da məlum olub. Xəsarət alan şəxslər bunlardır: Rzayev İlham Baxış oğlu, Rəhimov Qurban Ağakər oğlu, Səmədova Qızılgül Badəddin qızı, Babayev Süleyman Atabala oğlu, Məmmədli İbrahimxəlil, Məmmədov Toğrul, Ömərov Yaqub, Məmmədov Röyal, Darçınova Bəsti, Abdulrəhmanov İlham Akif oğlu, Ağabalayev Humar Talıb oğlu, Zamanova Raidə Zaman qızı və Xəyal Rüstəmov (əməliyyat olunub).

Faktla bağlı araşdırma aparılır.

Əlaqədar

Gədəbəydə ağır qəza olub, 2 nəfər ölüb
Qəza törədib qaçmaq istədilər, amma alınmadı
Paytaxtın əsas küçələrindən birində qəza baş verdi
Yasamal rayonunda ağır qəza: Maşın aşdı, sürücü... - VİDEO
Bakıda ölümlə nəticələnən qəza: Yük avtomobili və polis maşını
Teqlər:
yaralı, Şamaxı, avtomobil, qəza

Əsas mövzular