ELM

Qadınlar kişilərdən daha çox buna üstünlük verir…

CC BY 2.0 / Marco Verch / LaptopKompüter arxasında işləyən qız, arxiv şəkli
Kompüter arxasında işləyən qız, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Araşdırmanın nəticəsinə görə, qadınların kişilərdən daha çox internet aludəçisi olduğu müəyyən edilib

BAKI, 8 iyun — Sputnik. Türkiyədə internet asılılığını müəyyən edən araşdırma aparılıb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, araşdırma zamanı müəyyən edilib ki, kişilər və qadınlar internetdən fərqli məqsədlərlə istifadə edir.

Araşdırmaya görə, qadınlar daha çox sosial şəbəkə aludəçisi olduğu halda, kişilər daha çox oyunlar oynamağa üstünlük verir.

Qadınlar daha sakit, təhlükəsiz mühitlərdə olmağa üstünlük verdiyi halda, kişilər tam əksinə özlərini istbatlamaq üçün həyəcanlı mühitlərə üstünlük verir.

Məktəblilər isə telefonlardan daha çox mesajlaşmaq və oyun oynamaq üçün istifadə edir.

Araşdırmanın nəticəsinə görə, qadınların kişilərdən daha çox internet aludəçisi olduğu müəyyən edilib.

Xəbər lenti
0