Prezident əsas rayonlardan birinə yeni icra başçısı təyin etdi

Abunə olmaq
Dövlət başçısı sərəncam imzalayıb

BAKI, 6 iyun — Sputnik. Prezident İlham Əliyev yeni kadr təyinatı barədə sərəncam verib. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, prezident Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin 2-ci hissəsini rəhbər tutaraq Elxan Şamil oğlu Allahverdiyevi Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı təyin edib.

Qeyd edək ki, daha əvvəl bu vəzifəni Xaləddin İsgəndərov tuturdu. O, ötən günlərdə işdən azad edilib.

Xəbər lenti
0