Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Ərdoğanın dəvətini rədd edən futbolçu millidən kənarda qaldı

© AP Photo / Rui Vieira"Liverpul" klubunun yarımmüdafiəçisi Əmrə Can
Liverpul klubunun yarımmüdafiəçisi Əmrə Can - Sputnik Azərbaycan
Abunə olmaq
Ərdoğanla görüşən Özil və Gündoğan seçki kampaniyasına alət olmaqda ittiham ediliblər

BAKI, 5 iyun — Sputnik. Almaniya millisinin baş məşqçisi Yoahim Löv futbol üzrə 2018-ci il dünya çempionatına qatılacaq millinin heyətini açıqlayıb. Sputnik Azərbaycan Son Dakika-ya istinadən xəbər verir ki, bununla bağlı baş məşqçi İtaliyanın Eppan şəhərində xüsusi mətbuat konfransı keçirib.

Dünya çempionatda gedəcək heyətdə bir neçə həftə əvvəl prezident Rəcəb Tayyib Ərdoğanla görüşdən imtina edən "Liverpul"un oyunçusu Əmrə Can yer almayıb. Canla yanaşı "Mançester Siti"nin də hücumçusu Leroy Sane də heyətdən kənarda qalıb.

Xatırladaq ki, mayın 15-i "Liverpul" klubunda oynayan türk əsilli Almaniya vətəndaşı Əmrə Can Böyük Britaniyada səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvətini rədd edib.

Canla yanaşı Ərdoğanla görüşə Məsut Özil və İlkay Gündoğan da dəvət edilib. Görüş zamanı onlar prezidentə imzalı formalarını hədiyyə ediblər. Görüşdə iştirak edən Özil və Gündoğan Almaniya Futbol Federasiyası tərəfindən Ərdoğanın seçki kampaniyasına alət olmaqda ittiham ediliblər.

Xəbər lenti
0