21:14 04 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
13 0 0

"Bizim Planetdə" Prezident İlham Əliyevin Cümhuriyyətin 100 illlik yubileyindəki çıxışı və Cənub Qaz Dəhlizinin açılışı ətrafında müzakirələr aparılıb

Bakı, 4 iyun — Sputnik. AzTV-də, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, politoloq Rufiz Qonaqovun təqdim etdiyi "Bizim Planet" verilişində Milli Məclisin Komitə sədri, YAP İcra katibinin müavini Siyavuş Novruzov və Xarici İşlər Nazirliyi Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev iştirak ediblər. Sputnik Azərbaycan xəbər verir ki, verilişdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi və bununla bağlı prezident İlham Əliyevin imzaladığı sərəncamın dövlətçilik ənənələrimiz üçün əhəmiyyətli məqamlarından danışılıb.

Bizim Planet verilişi
© Photo : Ağyol İnformasiya Agentliyinin mətbuat katibi

Prezident İlham Əliyevin mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimində iştirak etməsi də "Bizim Planet"də geniş müzakirə olunub. Politoloq Rufiz Qonaqov qeyd edib ki, ölkə ərazisində baş verən sözügedən tədbirlər tarixi və beynəlxalq əhəmiyyət daşıyır.

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri ölkəmizdə və xaricdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı keçirilən təntənəli yubiley mərasimlərinin bu günlərdə də davam etdirilməsini əlamətdar hadisə kimi dəyərləndirlib.

Müzakirələr zamanı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə təşkil olunan rəsmi qəbulda prezident İlham Əliyevin çıxışındakı vacib məqamlara toxunulub. Rufiz Qonaqov bildirib: "Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 23 ay ərzində fəaliyyət göstərməsinə baxmayaraq, çox böyük işlər gördüyünü vurğulayıb. İkinci dəfə 1991-ci ildə müstəqilliyinə qovuşan Azərbaycan Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra ağır vəziyyətdən çıxa bilib və tam inkişaf edib". 

YAP icra katibinin müavini Siyavuş Novruzov müzakirələrə münasibət bildirib. Siyavuş Novruzov Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu dövrdə istər xarici, istər daxili siyətdə, istərsə də vətəndaşların hüquq və azadlıqlarının qorunması, müdafisi və s. kimi həyata keçirtdiyi islahatları müasir Azərbaycanın tarixində əsaslı rol kimi dəyərləndirib. Milli Məclisin Komitə sədri Prezidentin 100 illiklə bağlı sərncamını və tədbirdəki çıxışının vacib məqamlarının əhəmiyyətliliyini vurğulayıb. O, bildirib ki, demokratik respublikanın taleyinin əsas məqamları isə ümummili lider Heydər Əliyevin hakimiyyətə dəvət olumasından sonra başladı. Heydər Əliyev fenomenin liderliyi ilə qurulan milli dövlətçilik siyasətimiz daha böyük uğurlarla inkişaf etdirildi.

"Bizim Planet"də müasir Azərbaycan Respublikasının sürətlə inkişafı, beynəlxalq aləmdə öz sözünü deyən bir dövlətə çevrilməsi, iqtisadiyyatın yüksələn xətlə güclənən vəziyyəti, bu sahədə aparılan islahatların və layihələrin genişləndirilməsi müzakirələrlə davam etdirilib. Bidirilib ki, bu baxımdan Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimində beynəlxalq nümayəndəliklərin iştirakı və dövlət başçısının çıxışı gələcəkdə həyata keçiriləcək perspektivli layihələrin uğurla davam etdirilməsinin göstəricisidir.

Bizim Planet verilişi
© Photo : Ağyol İnformasiya Agentliyinin mətbuat katibi

Verilişdə yeddi nüfuzlu ölkənin (Azərbaycan, Türkiyə, Gürcüstan, Bolaqrıstan, Yunanıstan, Albaniya və İtaliya) iştirak etdiyi Cənub Qaz Dəhlizinin açılış mərasiminin tarixi anlarından danışılıb. Qeyd edilib ki, neft-qaz sənayesi ölkəsi kimi Azərbaycan həm Avropanın, həm də region ölkələrinin enerji təhlükəsizliyində əhəmiyyətli rol oynayan mühüm tərəfadaş və vacib müttəfiqdir. 

Mövzu ilə bağlı çıxış edən Xarici İşlər Nazirliyi Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Azərbaycan Respublikası çoxistiqamətli xarici siyasət yeridir: "Bu siyəsətdəki təməl prinsiplərdən ən vacibi bərabərhüquqlu münasibətlər və qarşılıqlı faydalı əməkdaşlıqdır. Avropa İttifaqı və ABŞ ilə münasibətlərdə də Azərbaycan məhz bu meyarlardan və məramlardan çıxış edir. Buna görə də Azərbaycan bu gün, sözün əsl mənasında, istər Avropa dövlətləri üçün, istərsə də Amerika üçün təbii bir tərəfdaşdır. Azərbaycan dövləti çətin geosiyasi coğrafi məkanda yerləşməsinə baxmayaraq, beynəlxalq münasibətlərin məsuliyyətli üzvü kimi qlobal prosesslərə öz tövhəsini verir. Bu baxımdan Azərbaycan Cənub Qaz Dəhlizi və digər energetika layihələriylə faydalı tərəfdaş kimi ikitərəfli münasibətlərdə Avropa İttifaqı və Amerika Birləşmiş Ştatları ilə münasibətlərdə yeni bir dövrə qədəm qoyub".

"Bizim Planet"də aparılan müzakirələrdə bildirilib ki, Azərbaycanda iqtisadi inkişafla yanaşı qeyri-neft sektorları, kənd təsərüffatı və aqrar sahələrdə aparılan islahatlar, beynəlxalq əhəmiyyətli mədəniyyət və idman tədbirlərinə ev sahibliyi edilməsi ölkəmizin günü-gündən artan nüfuzunun göstəricisidir.

Əlaqədar

“Bizim Planet” də Azərbaycan Xalq Cümhuriyyətinin şanlı tarixi müzakirə edilib
"Bizim Planet"də Azərbaycanın növbəti 7 ili müzakirə olunub
"Bizim Planet"də 11 aprel prezident seçkiləri müzakirə edilib
Bizim Planet: Aprel döyüşləri strateji mənada bütün hesabları dəyişdi
"Bizim Planet"də Azərbaycanın siyasi uğurları müzakirə olunub
Teqlər:
"Bizim Planet", Azərbaycan Xalq Cümhuriyyəti, "Cənub Qaz dəhlizi"

Əsas mövzular