Nazirliyə yeni mətbuat katibi təyin edildi

© Photo : Fazil Talibli / FacebookFazil Talıblı, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri
Fazil Talıblı, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri - Sputnik Azərbaycan
Abunə olmaq
O, bundan əvvəl Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat katibi vəzifəsini icra edib

BAKI, 4 iyun — Sputnik. Fazil Talıblı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat katibi təyin edilib. Bu barədə F.Talıblı özü Sputnik Azərbaycan-a açıqlama verib.

"Bizim işimiz mətbuatla işləməkdir. Ümid edirəm ki, sizin dəstəyinizlə işimizin öhdəsindən layiqincə gələ biləcəyik" — deyə o bildirib.

Xatırladaq ki, F.Talıblı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat katibi vəzifəsini icra edib.

Xəbər lenti
0