01:41 02 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
161100

Nazirlik əməkdaşları namizədlərin şəxsi məlumatlarını araşdırdıqdan sonra müvafiq qərar qəbul ediləcək

BAKI, 4 iyun — Sputnik. 4-11 iyun 2018-ci il tarixlərində iş yerini dəyişmək istəyən müəllimlərin miq.edu.az saytında onlayn qeydiyyatı həyata keçiriləcək. Sputnik Azərbaycan xəbər verir ki, Təhsil Nazirliyinin 8 may 2018-ci il tarixli F-346 nömrəli əmri ilə təsdiq edilmiş "Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi" qaydalarına əsasən, Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin digər ümumtəhsil müəssisələrinə dəyişdirilməsi artıq eyni rayon (şəhər) daxilində və ya bir rayondan (şəhərdən) digərinə olmaqla iki mərhələdə yox, bir mərhələdə proqram təminatı tətbiq olunmaqla həyata keçiriləcək.

Müəllimlərin iş yeri diaqnostik qiymətləndirilmədə və ya işə qəbul üzrə müsabiqədə iştirak etdiyi ixtisas üzrə dəyişdiriləcək. İlk peşə, orta ixtisas və ali təhsil müəssisələrindən, digər dövlət qurumlarının tabeliyindəki və özəl təhsil müəssisələrindən müəllimlərin iş yerinin Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə dəyişdirilməsi müəllimlərin işə qəbulu üzrə müsabiqə yolu ilə həyata keçirilir.

Elektron ərizənin doldurulması

Namizədlər şəxsiyyət vəsiqəsinin pin kodu ilə qeydiyyatdan keçdikdən sonra onlara sistem tərəfindən müvafiq iş nömrəsi və parol təqdim olunur. Şəxsi səhifəyə daxil olan hər bir namizəd ilk olaraq hazırda işlədiyi ümumi təhsil müəssisəsinin adını, tədris etdiyi fənni, bölməsini qeyd etdikdən sonra onun diaqnostik qiymətləndirmədə və ya müəllimlərin işə qəbulu müsabiqəsində topladığı ballar sistem tərəfindən görünəcək.

Əgər namizəd işə qəbul üzrə müsabiqədə və ya diaqnostik qiymətləndirilmədə 2 və ya daha çox sayda iştirak edibsə, müsabiqəyə qatılmaq istədiyi balı seçməlidir. Daha sonra iş yerini dəyişmək istəyən müəllim şəxsi, təhsil və digər zəruri məlumatları daxil edir. Digər məlumatlar bölməsində namizəd iş yerini dəyişməsinin səbəbini, müvafiq sosial amilləri qeyd etməli və təsdiqedici sənədləri yükləməlidir.

Son olaraq namizəd vakansiya seçimi bölməsinə daxil olub, istəyi üzrə vakant yer seçimini etməlidir. Namizədlər elektron ərizələrində yerdəyişmə istədikləri 4 vakant yeri göstərə biləcəklər.

Elektron ərizələrə baxılması və bu zaman bəzi sosial amillərin nəzərə alınması

Yuxarıda qeyd olunan qaydalara uyğun olaraq, müsabiqə zamanı bəzi sosial amillərlə əlaqədar namizədlərin topladıqları bal artım əmsalına vurularaq hesablanır. Belə ki, əri və ya arvadı hərbçi və ya özü şəhid ailəsinin üzvü olan namizədlərin topladıqları bal 1,1 artım əmsalına, iş yerini özünün faktiki yaşayış yeri və ya qeydiyyatda olduğu ərazidə yerləşən həvəsləndirmə tədbirləri tətbiq edilən müəssisəyə dəyişdirən namizədlərin topladıqları bal 1,05 artım əmsalına vurularaq hesablanacaq. Qeyd olunan hallardan hər iki şərti ödəyən namizədlərin topladığı bal ən yüksək artım, yəni 1,1 artım əmsalına vurularaq hesablanmalıdır.

Elektron sənəd qeydiyyatı başa çatdıqdan sonra iş yerini dəyişmək imkanı qazanan hər bir namizəd şəxsi işi ilə birlikdə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində fəaliyyət göstərən İnsan Resursları Mərkəzinə dəvət ediləcəkdir. Mərkəz əməkdaşları namizədlərin şəxsi məlumatlarını araşdırdıqdan sonra müvafiq qərar qəbul ediləcək.

Əlaqədar

İş yerini dəyişdirmək istəyən müəllimlər üçün yeni xəbər
Müəllimlər üçün vacib elan
Müəllimlər autizm xəstəsi olan uşağı təhqir etdilər və...
Müəllimlər üçün yeni şans
Məktəblərdə müəllimlər üçün pul yığılır - SİYAHI
"Müəllimlər kommunal xərclərdən azad edilsinlər"
Müəllimlər günü: peşə bayramının aktual mövzuları
Bilik günü: məktəblilər və müəllimlər təbrik qəbul edirlər
Türkiyəli müəllimlər Yunanıstandan sığınacaq istədilər
Teqlər:
işə qəbul, müsabiqə, ümumtəhsil müəssisələri, müəllim, Təhsil Nazirliyi

Əsas mövzular