CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Avtomobil sahiblərinin xeyrinə atılmış növbəti addım

© Sputnik / Anar MustafayevДвижение транспорта в Баку, фото из архива
Движение транспорта в Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
“Hazırda İcbari Sığorta Bürosunun təqdim etdiyi yeni sistemdə avtomobillərin göstəriciləri Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin məlumat bazasına inteqrasiya edilib”

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 1 iyun — Sputnik. Bir müddət öncə Azərbaycanda Maliyyə Bazarlarına Nəzarət Palatasından lisenziyası olmayan, eləcə də "Elektron İmza" və yaxud "ASAN İmza" almamış sığorta agentlərinə icbari avtosığorta satışı qadağan olunub. "Bundan sonra avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortasını yalnız lisenziyalı agentlər sata biləcək. Yəni subagentlər sığorta bazarından kənarlaşdırılıb. Üstəlik, bağlanmış müqavilələr "Elektron İmza" və yaxud "ASAN İmza" ilə təsdiq olunmalıdır", — deyə maliyyə bazarındakı mənbə qeyd edib.

Pul sayan qadın, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Sosial sığorta borcları silindi: Əhalinin daha hansı borcları silinə bilər?

Sığorta eksperti Nicat Əlibəyli Sputnik Azərbaycan-a açıqlamasında bu dəyişikliyi çox müsbət qiymətləndirib: “Bu sahədə vəziyyət çox pis həddə gəlib çıxmışdı. Artıq sığortaya aidiyyatı olmayan hər kəs sığorta satışı ilə məşğul idi. Hətta adını normal şəkildə yaza bilməyən şəxslər telefonla icbari sığorta satırdılar. Lakin İcbari Sığorta Bürosunun yaratdığı bu mükəmməl sistem birbaşa sırf sığorta lisenziyası olan şəxslərə şamil edilir. Yəni icbari sığorta yazdırmaq istəyən şəxslər birbaşa bu işlə məşğul olan, lisenziyası olan sığorta agentlərinə müraciət etməlidirlər. Bu, çox müsbət bir addımdır”.

Ekspert qeyd edib ki, onların fəaliyyətində nöqsanlar çox idi: “Hətta səhv məlumatlar yazırdılar. Avtomobilin mühərrikinin həcmi 2.5 motor olduğu halda, sistemə 2 motor yazırdılar və sistem də bunu qəbul edirdi. Bu yolla müştərilərinə icbari sığorta haqqında güzəşt edirdilər. Hadisə zamanı isə müştəri üçün "sürpriz" olurdu”.

“Lakin hazırda İcbari Sığorta Bürosunun təqdim etdiyi yeni sistemdə ən önəmli məsələ odur ki, avtomobillərin göstəriciləri Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin məlumat bazasına inteqrasiya edilib. Artıq avtomatik olaraq avtomobilin göstəriciləri sistemdə görünür. Məqsəd odur ki, sığorta agentləri avtomobilə dair məlumatları təhrif etməsinlər”, — ekspert vurğulayıb.

N.Əlibəyli əlavə edib ki, artıq heç bir halda bu göstəricilərə müdaxilə etmək mümkün deyil: “Lakin əvvəllər belə deyildi və məlumatları əl ilə doldururduq. Hazırda avtomatik şəkildə olduğuna görə çox müsbətdir və bu, bir neçə qanunsuz yolların qarşısını alıb”.

O bildirib ki, eyni zamanda İcbari Sığorta Bürosu sığorta agentlərinin də bu sistemdən istifadə etməsində 2 variant — "Elektron İmza" və ya "ASAN İmza" yaradıb. Sığorta agentləri burada seçim etməlidir. Bu da çox önəmli məsələdir. Yəni bir profildən bu işə davam etmək olar.

Turizm, Bakı - Sputnik Azərbaycan
CƏMİYYƏT
Turizm fəaliyyəti üçün lisenziya tələb olunmayacaq

Sığorta eksperti Mustafa Abbasbəyli də Sputnik Azərbaycan-a açıqlamasında bu sahədə müəyyən tənzimləmənin həyata keçirildiyini deyib: “Çünki bazarda təxminən 700-800 lisenziyalı agent var. Amma bu sahədə fəaliyyət göstərən 5 minə yaxın şəxs var idi. Bunların lisenziyaları yoxdursa, hansısa sığorta şirkətində əmək müqaviləsi ilə fəaliyyət göstərməsi zəruridir. Bu iki variantdan biri olmalıdır. Bunlar yoxdursa, həmin şəxslər fəaliyyət göstərə bilməyəcəklər”.

Ekspert bu sahədə mövcud olan müəyyən problemləri də xatırladıb: “Təcrübəsi, təhsili kifayət etməyən, bu sahəyə uyğun olmayan adamlar bu fəaliyyət ilə məşğul olurdu. Bunun bir formaya salınması üçün zəruri addım atılmalı idi və atıldı”.

Xəbər lenti
0