Bu gecə Bakı küçələrində hərəkət məhdudlaşdırılacaq

© Photo : APABağlanmış yol, arxiv şəkli
Bağlanmış yol, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

BAKI, 29 may — Sputnik. Paytaxtın Əhməd Rəcəbli küçəsinin bir hissəsində hərəkət məhdudlaşdırılır. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, aparılan təmir işləri ilə əlaqədar olaraq Əhməd Rəcəbli küçəsinin Təbriz və Fətəli xan Xoyski küçələri arasında yerləşən hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılacaq. Məhdudlaşma mayın 29-dan 30-na keçən gecə tətbiq ediləcək.

Hərəkətin məhdudlaşdırılması Təbriz küçəsindən Fətəli xan Xoyski küçəsi istiqamətində günlük tətbiq ediləcək. Əks istiqamət üzrə hərəkət məhdudlaşdırılması qeyd olunan hissədə işlər yekunlaşandan sonra baş tutacaq.

Sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Xəbər lenti
0