Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Dəlixanada qətl olacaq

© Sputnik / Murad OrujovGənc Tamaşaçılar teatrı
Gənc Tamaşaçılar teatrı - Sputnik Azərbaycan
Abunə olmaq
Tamaşada əsas obrazları Leyli Vəliyeva, Mehriban Hüseynova və digərləri canlandıracaq

BAKI, 24 may — Sputnik. Mayın 26-sı saat 19:00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Fridrix Dürrenmattın "Fiziklər" komediyası əsasında hazırlanmış "Dəlixanada qətl" tamaşasının premyerası keçiriləcək.

Sputnik Azərbaycan Teatrın mətbuat xidmətinə istinadən xəbər verir ki, tamaşa ötən il dünyasını dəyişmiş dahi soydaşımız Lütfi Zadənin xatirəsinə həsr olunub. Tamaşanı rus dilindən tərcümə edəni isə Dilsuz Mustafayevdir.

Yeni səhnə əsərinin quruluşçu rejissoru Cənnət Səlimova, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatı İradə Muradova, rejissor assistenti Sevda Hacışəmiyevadır.

Qeyd edək ki, tamaşada əsas obrazları Leyli Vəliyeva, Mehriban Hüseynova, İradə Rəşidova, Gülər Nəbiyeva, Şəbnəm Hüseynova, Rəşad Səfərov, Anar Seyfullayev, Ramiq Nəsirov, Nofəl Vəliyev, Şövqü Hüseynov, Gülər Nəbiyeva, Ramil Məmmədov və Aygün Fətullayeva canlandıracaq.

Xəbər lenti
0